Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Araşdırma / Cəlilabad sakini keçmiş arvadını və azyaşlı oğlunu baltalayıb

Cəlilabad sakini keçmiş arvadını və azyaşlı oğlunu baltalayıb

Cəlilabad sakini keçmiş həyat yoldaşına və iki oğluna balta ilə hücum edib. Hadisə ötən gecə rayonun Muğan kəndində qeydə alınıb.

Kənd sakini İsgəndər Əliyev keçmiş həyat yoldaşı Şamama Qürbətovanın yaşadığı evə girərək, ona və 12 yaşlı oğlu Səid Əliyevin baş nahiyəsinə zərbələr endirib.

Daha sonra o, böyük oğlu Fəridlə əlbəyaxa olub. Ata 17 yaşlı oğlunu əlləri ilə boğmağa çalışsa da, Fərid atasının əlindən xilas ola bilib. Qışqırıq səsinə qonşuların gəldiyini görən İ.Əliyev qaçıb.

Yaralılar qonşuları tərəfindən xəstəxanaya çatdırılıblar.

Hadisənin İ.Əliyevin boşanandan sonra arvadına aliment ödəməkdən imtina etməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb, polis hadisəni törədən atanın yaxalanması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görür.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın