62 yaşlı əlil sahibkar Qurbanxan Dəmirov “Məişət Maye Qaz” QSC tərəfindən üzləşdiyi problemlərlə bağlı növbəti dəfə ölkə prezidentinə müraciət ünvanlayıb.
Mia.az-a daxil olan müraciətində sahibkarın bildirir ki, QSC-nin özbaşınalığına görə Antiinhisar Siyasəti və İstehlakçıların Müdafiəsi Dövlət Xidməti tərəfindən adıçəkilən qurumda aparılan yoxlamalar zamanı 9 (doqquz) milyon manat məbləğində cərimə tətbiq edilib.
Lakin buna baxmayaraq, maye qaz satışındakı süni qiymət artımı, istehlakçı hüquqlarının pozulması və digər korrupsiya faktları hələ də hökm sürməkdədir.
O, Elşən Salmanov adlı QSC rəsmisinin özbaşınalığlndan artıq cana doyduqlarını deyir…
Mətbuat vasitəsilə ölkə prezidentinə üz tutaraq problemin həllinə nail olmağa çalışan qatı Heydərçi, 62 yaşlı əlil sahibkarın bizə ünvanladığı videomüraciəti diqqətinizə çatdırırıq.
