Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Araşdırma / Bu tanınmışlar DTX tərəfindən tutulan idarə rəisinə rüşvət verib? — Fidan Hacıyeva, Nadir Qafarzadə, Leyla Ramazanlı və…

Bu tanınmışlar DTX tərəfindən tutulan idarə rəisinə rüşvət verib? — Fidan Hacıyeva, Nadir Qafarzadə, Leyla Ramazanlı və…

Xəbər verdiyimiz kimi ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. İlkin məlumata görə, əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov da var.
“Ölkə.Az” xəbər verir ki, yayılan xəbərlərə görə Cəlil Məlikovun bir çox mədəniyyət ocağı rəhbərlərindən rüşvət tələb etdiyi iddia olunub.
Azərbaycanda bir çox məşhur simalar bu mədəniyyət ocaqlarına rəhbərlik edir. Bunların sırasında Xalq artisti Fidan Hacıyeva, müğənni Leyla Ramazanlı,  Amil Həsənoğlu və.s var.
Xatırladaq ki, bir müddət əvvəl müğənni Nadir Qafarzadənin də təyinatı ilə bağlı xəbər yayılsada sonradan bu təsdiqini tapmadı.
“Ölkə.Az”məsələ ilə bağlı tanınmış sənətçilərə müraciət edib.
Müğənni Nadir Qafarzadə açıqlamasında ümumiyyətlə,  Cəlil Məlikovu tanımadığını və təyinatının hansı səbəbdən alınmadığını deyib.
“Mən Cəlil Məlikovu tanımıram, onunla şəxsi tanışığım yoxdur. Ona görə onun haqqında heç bir şey deyə bilmərəm. Mən ancaq Ələddin müəllimi tanıyırdım, hər zaman heç bir qarşılıq güdmədən məni tədbirlərə dəvət edirdi. O ki, qaldı mənim Abşeron rayonu, Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktoru təyin olunmamağım məsələsinə, təklifdən mən özüm  işlərimə görə imtina etmişdim. Çünki o məsuliyyətli iş idi. Hər gün səhərdən axşama qədər işdə olmalı idim. Bu da mənə əl vermirdi. Çünki bu zaman mən  gərək bütün işlərimi atıb, orada oturmalı idim”,- deyə o, bildirib.
Digər məşhur, ifaçı Leyla Ramazanlı isə Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru təyin olunduğu zaman Mədəniyyət baş idarəsinin rəisinin Cəlil Məlikov olmadığını və hazırda o vəzifədə çalışmadığını deyib.
“Mən Mədəniyyət Sarayına təyinat alanda baş idarənin rəisi Cəlil Məlikov deyildi. Onu da qeyd edim ki, hazırda o vəzifədə çalışmıram”.
Əlaqə saxladığımız növbəti məşhur vokalçı Amil Həsənoğlu olub. Müğənni 2019-cu ildə Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinə direktor təyin edilib. Həsənoğlu açıqlamasında bu barədə danışmaq istəmədiyini deyib.
“Hazırda istintaq getdiyi üçün bu barədə heç nə deyə bilmərəm. Araşdırma bitsin, Cəlil müəlim ifadə verər , o zaman nəyin doğru, nəyin yanlış olduğunu deyə bilərəm”. 
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsasən, Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə direktor təyin edilən Xalq artisti Fidan Hacıyeva ilə əlaqə yaratmaq cəhdlərimiz isə boşa çıxdı. O, bizim zənglərimizi cavabsız qoydu.

Həmçinin oxuyun

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib

Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib. …