Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Bu səhiyyə ocağına nəzarət edən varmı? – Dərmanlara da zəmanət vermirlər…

Bu səhiyyə ocağına nəzarət edən varmı? – Dərmanlara da zəmanət vermirlər…

SEBA Assosiasiyası ilə Kyung Hee Universiteti arasındakı müqavilə əsasında fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasında xəstələrə yazılan pereparatlara zəmanət verilmir.

Azinforum.az  xəbər verir ki, bu haqda virtualaz.org-un araşdırma yazılarından birində rast gəlinir.

Sayt yazıbmış ki, (https://news.milli.az/health/263447.html) həkimin yazdığı dərmanlar yalnız klinikanın öz aptekində satılır. Dərmanlar sifarişlə, məxsusi olaraq klinika üçün gətirilir.

Bu səhiyyə ocağına nəzarət edən varmı?

Dərmanların xəstəyə mənfi təsir edəcəyi halda geri qaytarılması mümkün deyil. Bununla bağlı kassada xüsusi xəbərdarlıq da asılıbmış.

Onsuz da ölkənin yarısı bir çox bisavad, səhlənkar həkimlərin məsuliyyətsizliyindən əziyyət çəkir, indi də xarici klinikalar vətəndaşların başına bəla olub.

Klinikada Koreya vətəndaşı olan cəmi 3-4 həkim işləyir. Amma reklam xatirinə 17 həkimin adı qeyd olunub.

Bu səhiyyə ocağına nəzarət edən varmı?

Koreya Şərq Təbabəti klinikası ürək-qan-damar, mədə-bağırsaq, nevroloji, tənəffüs yolları, əzələ-oynaq, ginekoloji, dermatoloji, allergiya, piylənmə, xroniki yorğunluq xəstəliklərinin müalicəsini təklif edir.

Habelə, akupunktura (müxtəlif növ iynəbatırma), moksibişn terapiyası (dərinin müalicəvi maddələrlə dağlanması) vakuum terapiyası, autotens terapiyası, (ağrıkəsici elektroterapiya) nöqtə masajı, infraqırmızı işıqla müalicə, Koreyanın bitki mənşəli dərmanları ilə müalicə, teypinq (xüsusi plastrlarla müalicə) kimi xidmətlər var.

Bu səhiyyə ocağına nəzarət edən varmı?

Ancaq bütün bu dekorasiya heç nəyi həll eləmir. Koreya Şərq Təbabəti klinikasına üz tutanlar şəfa tapmırlar, iynəbatırma və s. yollarla terapiya keçənlərə bir xeyri toxunmur.

Üstəlik, professor kimi təqdim olunan həmin koreyalı həkimlər öz vətənində işsiz qalan, tanınmayanlardır.

Bakıda isə onların piarı aparılır və dəllallar müştəri tapıb klinikaya daşıyırlar. Məlumat üçün deyək ki, SEBA-nın prezidenti Ruhəngiz Heydərovadır.

Bu səhiyyə ocağına nəzarət edən varmı?

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …