Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bu ölkədə 54 Azərbaycan vətəndaşı həbsdədir

Bu ölkədə 54 Azərbaycan vətəndaşı həbsdədir

Hazırda 54 Azərbaycan vətəndaşı Gürcüstanda həbs cəzası çəkir.

Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyindən verilən məlumata görə, onlardan 18 nəfər müttəhim, 36 nəfər isə məhkumdur.

Müttəhim Azərbaycan vətəndaşlarının 17-si kişi, biri qadın, məhkumlar arasında isə 34-ü kişi, ikisi qadındır. Gürcüstanın cəzaçəkmə müəssisələrində ümumilikdə 365 xarici ölkə vətəndaşı cəza çəkir.

Gürcüstanda həbs cəzası çəkən xarici vətəndaşlar arasında Türkiyə vətəndaşları birinci yerdədir. Gürcüstanda cəzaçəkmə müəssisələrində 104 Türkiyə vətəndaşı var. İkinci yerdə Rusiya vətəndaşlarıdır (55 nəfər). Gürcüstanda həbs cəzası çəkən Ermənistan vətəndaşlarının sayı isə 28-dir. (APA)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın