Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / İlqar Məmmədovun işində hakimin kobud pozuntusu

İlqar Məmmədovun işində hakimin kobud pozuntusu

2018-ci ilin yanvar ayının 28-də Strasburqda məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli iclas keçirilib. İldən-ilə öyrəncəli tərzdə və adəti üzrə, Avropa Şurasına üzv ölkələrin ali məhkəmələrinin rəhbərlərinin, səfirlərinin və digər təmsilçilərinin iştirakı ilə keçirilən ənənəvi tədbir həmişə olduğu kimi, bu il də nəzərə çarpmadan keçə bilərdi.

Lakin bu iclasda Avropa İnsan Haqları Məhkəməsinin sədri Qvido Raymondi “quş” buraxıb.

Qvido Raymondi

Cənab Raymondi dəvət edilmiş qonaqlara 2017-ci ildə Avropa məhkəməsinin gördüyü işlərdən, qəbul edilmiş qərarlardan və cari il üçün planlardan danışıb. O, ayrıca olaraq qeyd edib ki, ötən ilin dekabr ayında Avropa Şurasının Nazirlər Komitəsi ilk dəfə olaraq Azərbaycana qarşı Avropa İnsan Haqları Konvensiyasının 46-cı bəndinin 4-cü paraqrafında nəzərdə tutulmuş prosedura başlayıb. Həmin paraqrafa əsasən, Nazirlər Komitəsi cavabdeh ölkənin AİHM-nin qərarını yerinə yetirib-yetirməməsi ilə əlaqədar Avropa Məhkəməsinə müraciət edə bilər.

Məhkəmənin əsas və yeni işləri barədə toplaşanların məlumatlandırılması kifayət edə bilərdi. Lakin məhkəmə sədri bu məsələyə öz fikrini bildirməyi də lazım bilib. O, birbaşa olaraq bildirib ki, Nazirlər Kabineti bu qərarı hakimiyyətin inadla məhbus İlqar Məmmədovun qeyd-şərtsiz azad edilməsindən imtina etməsi ilə əlaqədar qəbul edib və Avropa Məhkəməsinin bütün qərarlarının yerinə yetirilməsinin insan haqlarının qorunması sistemimizin tamlığı və nüfuzu üçün zəruri olmasını sözlərinə əlavə edib.

Biz Avropa Məhkəməsi sədrinin hələ məhkəmə icraatında olan iş barədə fikir bildirməsinin şahidi olmuşduq. AİHM-nin keçmiş sədri Jan-Pol Kosta mətbuat konfransında azərbaycanlı jurnalistlərin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı sualına cavab verərkən güman etdiyini bildirmişdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar iş Strasburq məhkəməsinin predmeti ola bilməzdi və siyasi müstəvidə həll olunmalı idi.

Halbuki, Avropa məkanındakı digər münaqişələrə aidiyyatı olan bütün şikayətlərə bu məhkəmədə kifayət qədər məhsuldar şəkildə baxılıb.

İlqar Məmmədov

Lakin Kosta azərbaycanlı məcburi köçkünlərin ərizəsinin məqbul olub-olmaması barədə fikrini həmin məsələ məhkəmədə baxılmaqda olarkən bildirmişdi. O vaxt Azərbaycan tərəfi Kostanın mövqeyinə çox əhəmiyyət verməmişdi, belə ki, məqbulluq məsələsi aktual deyildi.

Raymondi isə məsələnin mahiyyəti barədə danışır və tərəflərdən birinə rəğbətini ifadə edir.

Xatırladaq ki, AİHM-nin Reqlamentinin 3-cü bəndinə əsasən, hər bir hakim vəzifəyə daxil olarkən hakimlik vəzifələrini ədalətli, müstəqil və qərəzsiz yerinə yetirəcəyinə and içir.

Həmin Reqlamentin 28-ci bəndində göstərilir ki, Hakim kütləvi informasiya vasitələrində, yazılı şəkildə, özünün publik hərəkətləri vasitəsilə, yaxud istənilən digər formada mövqeyini bildiribsə və bu obyektiv olaraq onun qərəzsizliyinə mənfi təsir göstərə bilərsə, bu halda hər hansı işin baxılmasında iştirak edə bilməz.

Hakimlərin qərəzsizliyi məsələsi AİHM-nin presedent hüququnda məxsusi yerə malikdir. Hakimlərin hərəkətlərində, yaxud məhkəmə sistemlərinin təşkilində məhkəmə prosesi tərəflərində qərəzlilik əlamətləri törədə bilən bu və ya digər hallar üzündən Strasburq məhkəməsi Avropa Şurasının praktiki olaraq bütün üzv ölkələrini cəzalandırıb. Bu halda isə məhkəmə sədri birmənalı olaraq Avropa Şurasının Nazirlər Komitəsinin – məhkəmə prosesinin iştirakçılarından birinin tərəfini tutur.

AİHM-nin İ.Məmmədovun Azərbaycana qarşı işi üzrə qərarının yerinə yetirilməsi məsələsi birinci dəfə deyil ki, təşkilatın öz üzvlərindən birinə “xüsusi” münasibətini ortaya qoyur. Xatırladaq ki, məhkəmənin İ.Məmmədovun hüquqlarının pozulması barədə qərarı qəbul edilən kimi (hələ qüvvəyə minməmiş) Avropa Şurasının baş katibi T.Yaqland onun cəzasını çəkməkdən azad edilməsinin zəruriliyini bildirmişdi.

Əvvəllər bircə dəfə də olsun həbs prosedurunun pozulmasını cəzasını çəkən şəxsin azad edilməsinin zəruriliyi ilə bağlamayan təşkilatın Nazirlər Komitəsi baş katibi dəstəklədi və inadla Azərbaycanı “müxalif siyasətçi”ni azad etməyə çağırmışdı.

İcraatında əsas etibarilə ölkələrdə struktur və sistematik problemlərə aid AİHM-nin on minlərlə yerinə yetirilməmiş qərarı olan struktur Avropa İnsan Haqları Konvensiyasının yeni qaydasını (bənd 46§4) Azərbaycana qarşı tətbiq etməyə qərar verir. Bununla birgə, AİHM-nin qərarında aşkarlanmış pozuntu sistematik xarakter daşımır, Azərbaycan isə Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməməsi üzrə liderlər sırasında deyil.

İndi isə Avropa Məhkəməsinin özü Azərbaycana qarşı kampaniyaya qoşulub. Q.Raymondinin bəyanatı bizə onu deyir ki, Avropa Şurasının artıq bütün strukturlarının iştirak etdiyi bu kampaniyada bütün üsullara əl atılır, hətta təşkilatın əsas sənədinin – Avropa İnsan Haqları Konvensiyasının qayda və prinsiplərinin pozulmasından da çəkinmirlər.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …