Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Araşdırma / Bu içkilər xəstəlik simptomlarını ŞİDDƏTLƏNDİRİR ARAŞDIRMA

Bu içkilər xəstəlik simptomlarını ŞİDDƏTLƏNDİRİR ARAŞDIRMA

ABŞ-ın Boston şəhərindəki Brigham və Qadın Xəstəxanasında Romatologiya, İmmunologiya və Allergiya şöbəsinin tədqiqatçıları qazlı içkilərin fəsadları ilə bağlı araşdırma aparıblar.

Publika.azxarici KİV-ə istinadla xəbər verir ki, 217 nəfər üzərində aparılan tədqiqat qazlı içkilərin istifadəsinin xəstəliyin simptomlarının şiddətlənməsinə səbəb olduğunu göstərib.

Əvvəlki tədqiqatlar şəkərli içkilərin istifadəsinin romatoid artrit inkişaf riski ilə əlaqəli olduğunu üzə çıxarb.

Bundan əlavə, bir sıra elmi tədqiqatlar alkoqolun ani oynaq ağrılarına səbəb olan “gut hücumları”nın tezliyini və şiddətini artıra biləcəyini göstərmişdir. Həkimlər “hər həftə bir neçə gün alkoqolsuz vaxt keçirməyi” tövsiyə edirlər.

Mütəxəssislərin fikrincə, çox miqdarda alkoqol istehlak etmək “gut hücumu” üçün başlanğıc nöqtəsi olur. Alkol həm də sağlam bir orqanizmdə xəstəliyin inkişaf riskini artırır. “British Gout” şirkətinin mütəxəssisləri, pivə istehlakının şərab və ya digər alkoqollu içkilərlə müqayisədə “gut”un inkişaf ehtimalını artıra biləcəyinə əmin olublar.

Mütəxəssislərin fikrincə, spirt qanda sidik turşusu səviyyəsini artıra bilər.

Həmçinin oxuyun

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu …