Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bu gün Saday Şəkərlinin məhkəməsidir

Bu gün Saday Şəkərlinin məhkəməsidir

Bu gün tanınmış şair Saday Şəkərlinin məhkəməsi ilə bağlı hazırlıq iclası keçiriləcək.
Bu barədə  Azərbaycan Ziyalılar Birliyinin sədri, Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev məlumat verib. E.Quliyev bütün poeziyasevərləri məhkəmə prosesində iştirak etməyə səsləyib:
“Mən bütün poeziyasevərləri bu prossesdə iştirak etməyə dəvət edirəm. Hesab edirəm ki, haqsız yerə, şərlənərək həbs edilmiş şairin azadlığı üçün hər bir ləyaqətli qələm sahibi öz sözünü deməlidir. Bu, hər şeydən öncə həmin insanların vicdan borcu, vicdan məsuliyyətidir”.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın