Ana səhifə / Araşdırma / Bu gün Rza Zərrabın məhkəməsidir

Bu gün Rza Zərrabın məhkəməsidir

Müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab bu gün növbəti dəfə hakim qarşısına çıxacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ-da həbs olunan iş adamı hazırda Nyu-Yorkda məhkəmə salonundadır. Bir neçə saat davam edəcək prosesdə R.Zərrab “çirkli pulların” transferi, fırıldaqçılıq, hökuməti aldatmaq və İrana qoyulan embarqoları pozmaqda günahlandırılır.

Mayamidə həyat yoldaşı və qızı ilə istirahət edərkən həbs olunan Rzanın 75 illik həbsi istənilib. Bir neçə gün əvvəl isə iş adamının təzminatla azadlığa çıxma tələbi rədd edilib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın