Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bu gün Maşallah Əhmədova hökm oxunacaq

Bu gün Maşallah Əhmədova hökm oxunacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını ödəyə biləcəyini deyib.

Zərərçəkənlər isə buna etiraz edib və dəymiş ziyanın tam ödənilməsini istəyib.

Məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra qərar açıqlanacaq.

Qeyd edək ki, prokuror Maşallah Əhmədova 9 illik həbs cəzası istəyib.

Xatırladaq ki, Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın