Ana səhifə / Araşdırma / Bu gün Cahangir Hacıyevə hökm oxunması gözlənilir

Bu gün Cahangir Hacıyevə hökm oxunması gözlənilir

Bu gün “Beynəlxalq Bank”ın sabiq rəhbəri Cahangir Hacıyev və onunla birgə ittiham olunan 7 nəfərə hökm oxunması gözlənilir.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək prosesdə Cahangir Hacıyev və İbrahim Hüseynov son söz deyəcəklər.
Hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə gedəcək.

Xatırladaq ki, prokuror Fərid Nağıyev çıxışında Cahangir Hacıyevin 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov, Kənan Orucovun hər birinin 8 il, İbrahim Hüseynovla Yusif Ələkbərovun 11 il, Azad Cavadovun isə 12 il 11 ay azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Qeyd edək ki, bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin sabiq direktoru İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının sabiq direktoru Kənan Orucov, bankın Nərimanov filialının sabiq direktoru, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın