Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Araşdırma / Bu dəfə sənədləri tapıldı, özü yoxa çıxdı

Bu dəfə sənədləri tapıldı, özü yoxa çıxdı

Bir neçə gün öncə küçədə tüfeyli həyat yaşayarkən aşkarlanan keçmiş iş adamı Akif Əliyevin itən sənədləri tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Əliyevə aid rəsmi kağızlar hazırda 17-ci Polis Bölməsindədir. Lakin polis sənədlərini tapsa da, onun özünü tapa bilməyib. Bölmə əməkdaşları xəstəxanalara baş çəksə də, A.Əliyevin tibb müəssisələrində olmadığı bildirilib.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Akif Əliyev öncə “Semaşko”da, daha sonra isə 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında müalicə alıb. Bu gün səhər saatlarında isə o artıq xəstəxanada yatmaq istəmədiyini bildirib və öz istəyi ilə oranı tərk edib. Ona sarğılarının dəyişilməsinin zəruri olduğunu bildirdikdə isə 3 gün sonra yenidən xəstəxanaya gələrək müayinədən keçəcəyini deyib.

Hazırda A.Əliyevlə əlaqə saxlamaq mümkün olmadığı üçün polis sənədlərini də ona təqdim edə bilmir.

Əldə etdiyimiz məlumata görə, A.Əliyev bir neçə ay öncə də dövlət qurumları tərəfindən yerləşdirildiyi tibb müəssisəsindən və sığınacaqdan öz istəyi ilə ayrılıb.

Həmçinin oxuyun

Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması… Və müəmmalı “Maybach”i

Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib,-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş …