Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Bu cür dönərlər xərçəng şişi və bağırsaq çöpü xəstəlikləri yarada bilər…” – XƏBƏRDARLIQ…

“Bu cür dönərlər xərçəng şişi və bağırsaq çöpü xəstəlikləri yarada bilər…” – XƏBƏRDARLIQ…

Son zamanlar şəhərdə satılan dönər ətlərinə nəzarətlə bağlı məsələlər tez-tez gündəmə gəlir. Amma çox təəssüflər olsun ki, hələ də heç bir müvafiq tədbir görülmür. Şəhərin bir çox yerlərində müştəriləri cəlb etmək üçün qiyməti bir manata olan dönərlər satılır. Xüsusən də metronun “Elmlər akademiyası” stansiyası yaxınlığında belə dönər evləri çoxluq təşkil edir. Belə ucuz və keyfiyyətsiz dönərləri isə universitet tələbələri alır. Bəs ucuz ətdən hazırlanan dönərlərin insan səhhəti üçün hansı təhlükələri var? Bunlara qarşı tədbir görmək üçün nə etməliyik?
Moderator.az-ın suallarını tibb elmləri doktoru, professor Adil Qeybulla cavablandırıb. A.Qeybulla bildirib ki, belə dönər evlərinə qarşı tədbir görüləndə, insanlar bunu anlayışla qarşılamalıdır:
“Əslində belə ucuz reklam xatirinə insanları cəlb edən qidalar xeyli şübhə doğurur. Bilirsiniz ki, Azərbaycanda “Qida Təhlükəsizliyi Agentliyi” yaradılıb və əslində bu agentlik çoxdan yaranmalı idi. Bütün dünyada və həmçinin ABŞ-ın özündə bu cür agentlik var: “Qida və Dərman Təhlükəsizliyi Agentliyi”. Bunlar əslində dərman və qida təhlükəsizliyinə nəzarət edən qurumlardır. Belə qida məhsullarının küçədə antisanitar yerlərdə satılması qəti məqsədəuyğun deyil. İndi bununla bağlı müəyyən işlər görülür. İnsanlar da bunu anlayışla qarşılamalıdır ki, atılan adımlar təhlükəsizlik üçün edilir. Dönərlərlə bağlı xeyli söz-söhbətlər dolaşır. Hətta onların ən keyfiyyətlisi haqqında belə. Çünki burda istifadə olunan ətin mənşəyi və keyfiyyəti barəsində daim söz-söhbətlər olur. Bunu etiraf etmək lazımdır ki, bu etirazlar əsassız deyil. Bu baxımdan da belə qidalara nəzarət lazımdır. Bununla bağlı müvafiq qurumlar məşğul olmalıdırlar”.
A.Qeybulla belə dönər ətlərinin insan səhhətində yarada biləcək xəstəliklərdən də danışıb:
“Ümumiyyətlə, yağın qızardılması porsesində konserogen maddələr əmələ gəlir. Bir yağ, bir dəfə istifadə oluna bilər. Yağ qaynadıldıqca ondan konserogen maddələr əmələ gəlir. Dönər də öz yağında qızardıqca belə maddələr yaranır. Ona görə fast-foodların hamısı təhlükəlidir. Bu gün dönərlər standartlara uyğun hazırlanmır. Bu cür dönərlər xərçəng şişi və bağırsaq çöpü xəstəlikləri yarada bilər”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …