Bazar , Yanvar 23 2022
Ana səhifə / Araşdırma / “Bravo”ya “Audi-Q3”lə girən xanım sürücü kim olub? FOTO

“Bravo”ya “Audi-Q3”lə girən xanım sürücü kim olub? FOTO


Bloger Mehman Hüseynov yazıb ki, Gənclər və İdman Nazirliyində yeni təyin olunan nazir müavini, bolqar əsilli Mariana Vasilyeva içkili halda AudiQ3 ilə Bravoya girməsilə bağlı verilən xəbər Mariana xanım nazirliyə girəndən sonra yoxa çıxmağa başlayıb. Həmin xəbərin nədən ibarət olduğunu təqdim edirik.

“Ötən gün Bakıda baş verən qeyri-adi qəzanı törədən sürücünün kimliyi məlum olub. BAKU.WS-in əldə etdiyi eksklüziv məlumata görə, ötən gün “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girən “Audi-Q3”ün sürücüsü xanım olub. Həmin sürücü Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilyevadır. Hadisə ilə bağlı Azərbaycan Gimnastika Federasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Bikə Abdullayeva bildirdi ki, hadisə zamanı Mariana Vasilyeva heç bir xəsarət almayıb. “Mariana Vasilyeva xəsarət almayıb, salamatçılıqdır. Hazırda o, iş başındadır. Avtomobilə nə qədər ziyan dəyməsi barədə isə heç bir məlumatım yoxdur”, – deyə Bikə Abdullayeva bildirib. Qeyd edək ki, ötən gün “Audi-Q3” markalı avtomobil “Koroğlu”da yerləşən “Bravo” hipermarketində girib. Qəzadan sonra həmin maşının dövlət nömrə nişanı çıxarılıb. 

Həmçinin oxuyun

Ermənilər üçün “Urartu nağılı”nın müəllifləri

XVlll əsrdə Osmanlı imperiyasını parçalamaq üçün anqlo-saklar ,ruslar imperiyanın ərazisində yaşayan xalqları türklərə düşmən etmək …