Şənbə , Noyabr 17 2018
Ana səhifə / Araşdırma / “Bravo”nun absurd FESTİVAL SİYASƏTİ… – FAKT

“Bravo”nun absurd FESTİVAL SİYASƏTİ… – FAKT

BRAVO-DA PİVƏ FESTİVALINA QOŞULUN! 9-22 iyul tarixlərində təqdim olunan qablaşdırılmış və çəllək pivəmizi, qəlyanaltı çeşidlərimizi, idman geyim və ayaqqabılarımızı, həmçinin pivə bokallarımızı kəşf edin.

Hər birinizi Əhmədli və 20 yanvar m/s yaxınlığında yerləşən Bravo Hipermarketlərdə, Gənclik Mall və Babək prospektində yerləşən Superstorlarda, həmçinin Park Azure və Şüvəlan Supermarketlərdə keçiriləcək pivə festivalında gözləyirik.

Bu elan adıçəkilən marketlər şəbəkəsinin sosial şəbəkədəki elanındandır. Elan xeyli sosial şəbəkə istifadsəçisinin marağına səbəb olub. Çoxları güman ediblər ki, dünyanın hər yerində olduğu kimi Bravodakı festivalda da istehsalçılar öz məhsullarının dequstasiyasını və ya çüştərilərin marketin daxilində pulsuz pivə içəcəklər. Gundeminfo.az xəbər verir ki, əslində isə bu festival heç də çoxlarının düşündüyü kimi deyil. Sosial şəbəkə istifadəçilərinin israrlı suallarından sonra Bravonun səhifə admini xüsusi link ataraq əslində “xüsusi təkliflərinin” sadəcə bahalı və xarici istehsal olan pivələrə endirim təklif etməsi olub.

"Bravo"nun absurd FESTİVAL SİYASƏTİ...
"Bravo"nun absurd FESTİVAL SİYASƏTİ...

Məlum olub ki, satışda olan bahalı xarici ölkə istehsalı olan pivələr əslində 15-20 qəpik civarında endirimlə təklif edilir.

"Bravo"nun absurd FESTİVAL SİYASƏTİ...

Yerli istehsal olan saçaq pendirlərin qiyməti isə 1 kq üçün 10 manatdan 7.99 (8 manata) təklif edilir. Maraqlı məqam odur ki, elan edilən Pivə festivalında televizorlara da endirim var.

Müqayisə üçün bildirək ki, dünyanın heç bir yerində festivallarda iştirakçılara ödənişli məhsullar təklif edilmir. Adətən yerli mallarını turizmin inkişafı üçün təşkil edən istehsalçılar müştərilərə istədikləri qədər pulsuz qida təklif edirlər. Məsələn qonşu Türkiyədə belə festivallar ənənə halını alıb. Qara Dəniz sahili rayonlarda balıq yeməkləri festivallarında 10 minlərlə insan iştirak edir və hər kəsə pulsuz balıq yeməkləri çeşidləri paylanır. Gürcüstanda pivə və çaxır festivalları da ənənə halını alıb və burada da heç bir iştirakçıya ödənişlə içki təşkil edilmir. Ümumiyyətlə iqtisadı menecçentdə festivalın tərifi sadə dillə desək “pulsuz təklif etmə vasitəsilə reklamçılıq” anlamına gəlir. Təəssüf ki, Bravo Marketlər Şəbəkəsi bu dəfə xeyli sayda insanın festival haqqında təsəvvürlərini dəyişir… Yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini yazıya əlavə etməyə hazırıq.

TÜRKİYƏDƏ HAMSI FESTİVALI

GÜRCÜSTANDA ŞƏRAB FESTİVALI

"Bravo"nun absurd FESTİVAL SİYASƏTİ...
"Bravo"nun absurd FESTİVAL SİYASƏTİ...

VIPedu.BIZ

Həmçinin oxuyun

BDU-da işləyən VƏZİFƏLİLƏR – Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı… (SİYAHI)

Xəbər verdiyimiz kimi, noyabr ayının 16-sı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov prezident İlham Əlyevin …