Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Boşanmaqlarına bir həftə qalmış ər arvadının qətlini sifariş verib

Boşanmaqlarına bir həftə qalmış ər arvadının qətlini sifariş verib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüstəm Rzayev və Elşad Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmə prosesi avqustun 17-nə təyin edilib.

Xatırladaq ki, bu ilin yanvar ayının 10-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbə sakini, 51 yaşlı Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyiti yaşadığı mənzildə aşkar edilib. Mərhumun meyitini ilk görən oğlu Ruslan Rzayev olub. Ruslan atasına anasının öldürülməsi ilə bağlı məlumat verib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov həbs olunub.

Qətlin sifarişçisinin mərhumun keçmiş əri sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rüstəm Rzayev olduğu müəyyənləşdirilib. Yanvarın 18-də tərəflər arasında boşanma ilə bağlı məsələyə baxılacaqmış.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın