Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Borclunun arvadını borc yerinə aparmaq istədi – Xəstəxanalıq oldu…

Borclunun arvadını borc yerinə aparmaq istədi – Xəstəxanalıq oldu…

Moderator.az xəbər verir ki, Türkiyənin Adana şəhərində ilginc olay yaşanıb.
Belə ki, tanışından 5 min Türk Lirası  alan şəxs onu ödəyə  bilməyib. Borcunu geri ala bilməyən 35 yaşlı Türkiyə vətəndaşı borc verdiyi şəxsi təhdid edərək ona bildirib ki, verdiyi pulu geri qaytarmasa onun arvadını əlindən alacaq.
İşin qeyri-adi hissəsi də bundan sonra baş verib. Belə ki, borc verən şəxs pul verdiyi adamın arvadı ilə birgə dərzi işlədiyi atelyeyə gəlib və onun arvadına üzük uzadaraq bildirib ki, sən artıq mənimsən. Zorla arvadı özüylə aparmaq istəyəndə qadının əri bıçaqla həmin şəxsin üzərinə hücum çəkib. Nəticədə borc verən şəxs yaralanaraq xəstəxanaya yerləşdirilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın