Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Araşdırma / Bombalardan qaçan Hitler, güllələnən Kennedi və… – Dünya siyasətindəki sui-qəsdlər

Bombalardan qaçan Hitler, güllələnən Kennedi və… – Dünya siyasətindəki sui-qəsdlər

Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin öldürülməsi tarixdə siyasətçilərə qarşı sui-qəsdləri xatırladıb. ABŞ prezidenti Kennedi xalqı salamlayarkən vurulub, Birinci Dünya Müharibəsi sui-qəsdlə başlayıb, Hitler dəfələrlə sağ qalıb və Özal vurulduqdan sonra da danışmağa davam edib.

Dünən Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin öldürülməsi bütün dünyada ajiotaj yaratdı. Nara şəhərində qatıldığı seçki tədbirində çıxışı zamanı kürəyindən ov tüfəngi ilə güllə yarası alan sabiq baş nazir təcili xəstəxanaya yerləşdirilib. Sinəsindən və boynundan yaralanan Abe xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Abeni vurduğu güman edilən 42 yaşlı kişi tələsik hadisə yerində saxlanılıb. 2012-2020-ci illərdə Yaponiyada baş nazir vəzifəsini icra edən siyasi lider iki il əvvəl səhhətinə görə vəzifəsini tərk edib. Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno “Belə barbarlıq qəbuledilməzdir” deyib.

Tarixdə bir çox siyasətçiyə qarşı uğurlu və ya uğursuz sui-qəsd cəhdləri olub. Bunlardan ən məşhuru, bəlkə də, Avstriya-Macarıstan İmperiyasının vəliəhd şahzadəsi Frans Ferdinandın vəfat etdiyi Birinci Dünya Müharibəsinin başlanmasına səbəb olan hadisədir. 28 iyun 1914-cü ildə Arşüdük Ferdinand imperiyanın hərbi qüvvələrinə nəzarət etmək üçün Sarayevoda idi. 1908-ci ildə Avstriya Macarıstan şəhərini ilhaq etdi və serb millətçiləri bu vəziyyəti qəbul etmədilər. 19 yaşlı serb Qavrilo Pirincip Arşüdük və həyat yoldaşını yaxın məsafədən güllələyib və cütlük orada ölüb. Bu hadisədən bir neçə gün sonra Birinci Dünya Müharibəsi başladı.

ABŞ prezidentləri dəfələrlə qətlə yetirilib. ABŞ-ın 35-ci prezidenti Con Kennedi (46) 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində parad zamanı Harvi Li Osvald adlı vətəndaş tərəfindən güllələnib. Vitse-prezident Lindon Conson Kennedinin vurulduğu zaman prezidentin olduğu maşının arxasında üç avtomobil olub. O, saat 14:39-da and içərək ABŞ-ın 36-cı prezidenti olub. Conson and içərkən, ərinin qanı hələ də üzərində qalan birinci xanım Jaklin Kennedi andiçmə mərasiminə qatılanlar arasında olub. Prezidenti güllələyən Li Harvi Osvald ABŞ ordusundan tərxis olunmuş və ölkəsinə qarşı heç bir xoş hissləri olmayan keçmiş hərbçi kimi tanınırdı. Sui-qəsdi törətdikdən təxminən 90 dəqiqə sonra o, şübhəli davranışına görə həbs edilib.

Tarixdə ən çox sui-qəsd cəhdinə məruz qalan liderlərdən biri də nasist partiyasının lideri Adolf Hitler olub. Hitler siyasi karyerasından bəri 20-dən çox məlum sui-qəsdin hədəfinə çevrilib. Bunlardan ən məşhurlarından biri də Hollivud filminin mövzusu olan iyul çevriliş planı idi. 1943-1944-cü illərdə alman ordusunda anti-Hitler dəstələrinin təşkil olunduğu barədə söz-söhbət yayılırdı. Zabitlər Hitlerə qarşı həyata keçirəcəkləri çevrilişin adını “Walkure” qoydular. 20 iyul 1944-cü ildə general Claus Graf Schenk von Stauffenberg, Şərqi Almaniyanın Rastenburq şəhərində Hitlerin qərargahına (Qurd yuvası) içərisində bomba olan çanta qoyaraq hadisə yerindən qaçır. Bomba Hitlerin otağında partlasa da, 4 nəfər həlak olur, lakin Hitler sağ qalır. Hadisədən sonra Hitler əleyhdarı olduğu bilinən 180-200 nəfər edam edilir.

Türkiyədə siyasətçilər zaman-zaman sui-qəsd təhlükəsi ilə üzləşiblər. Tarixlərdən göründüyü kimi 18 iyun 1988-ci ildə Ana Vətən Partiyasının Ankaradakı Atatürk İdman Salonunda keçirilən növbədənkənar qurultayında baş nazir Turqut Özal çıxış edərkən təxminən 20 dəqiqə sonra iki atəş səsi eşidildi. Hücum edən şəxsin tapançasından çıxan güllələr Özalın qarşısındakı mikrofonun ayağına dəyib və sağ əlinin baş barmağını yaralayıb. Özal, bu hadisədən bir neçə dəqiqə sonra çıxışına davam edərkən bu ifadələri işlədib:

“Allahın verdiyi ömrü, onun istediyindən başka alacak yoxdur, biz də ona təslim olmuşuq.”

Hadisədən əvvəl də həbsxana qaçağı olan və 5 ay axtarışda olan Kartal Demirağ 1989-cu ildə ömürlük, sonra isə 20 il həbs cəzasına məhkum edilib. Amma Özalın da təsdiqlədiyi şərti azadlığa buraxılma qanunundan istifadə edərək 4 ildən sonra azadlığa buraxılıb.

1971-1972-ci illərdə baş nazir vəzifəsini icra edən Nihat Erim 1980-ci il iyulun 18-də İstanbulun Draqos şəhərində solçu təşkilatlar tərəfindən öldürülüb. Erim Türkiyə Cümhuriyyəti tarixində baş nazir vəzifəsini icra edən və sui-qəsd nəticəsində həyatını itirən yeganə şəxs oldu. Unikal.org

Həmçinin oxuyun

22 il əvvəl törədilmiş müəmmalı qətlin üstü açıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki illərdən …