Bazar , Oktyabr 25 2020
Ana səhifə / Araşdırma / Boks üzrə dünya çempionu həbs edildi

Boks üzrə dünya çempionu həbs edildi

Ümumdünya Boks Şurası (WBC), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə müxtəlif çəki dərəcələrində keçmiş dünya çempionu Oskar de la Hoyya ABŞ-ın Kaliforniya ştatının Pasadena şəhərində həbs olunub.

Virtualaz.org TMZ-yə istinadən xəbər verir ki, 43 yaşlı məşhur idmançı toksiki sərxoşluq halında avtomobil idarə etdiyi üçün saxlanılıb. Bundan dərhal sonra o həbs edilib. Boksçunu hansı cəzanın gözləməsi barədə məlumat verilmir.

Bundan öncə de la Hoyya dəfələrlə psixotrop maddələrdən asılılıqla bağlı problemlərlə üzləşib və bərpa mərkəzində müalicə kursu alıb.

Oskar de la Hoyya 1992-ci ildə Barselonada keçirilmiş Olimpiya Oyunlarının qalibidir və öz dövrünün ən güclü boksçularından biri olub. Peşəkar rinqdə keçirdiyi 45 döyüşün 39-da qalib gəlib ki, bunlarıln 30-nu nokautla başa çatdırıb.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın