Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Araşdırma / Boğazında dərman həbi qalan körpə öldü

Boğazında dərman həbi qalan körpə öldü

Astara rayonunda 3 yaşlı körpə faciəvi şəkildə ölüb.

“Report”un verdiyi məlumata görə, hadisə rayonun Artoba kəndində baş verib.

Belə ki, həmin kənddə yaşayan 3 yaşlı Ağazadə Həlimə Kamran qızı xəstə olduğu üçün valideynləri tərəfindən ona dərman verilib. Bir qədər sonra uşağın vəziyyəti pisləşib. Məlum olub ki, qəbul etdiyi dərmanın boğazında qalması nəticəsində körpə boğularaq ölüb.

Körpənin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

ƏL-ƏSƏD AİLƏSİNİN QARANLIQ TALEYİ – Rusiya Suriyanın başına kimi gətirə bilər? – TƏHLİL

Artıq 8 ildən çoxdur ki, davam edən Suriya münaqişəsi son mərhələyə yaxınlaşıb. Münaqişənin aqibəti Suriyanın …

Bir cavab yazın