Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Araşdırma / Biznesmeni oğurlayıb 10 milyon dollar tələb edən 3 azərbaycanlı tutuldu

Biznesmeni oğurlayıb 10 milyon dollar tələb edən 3 azərbaycanlı tutuldu

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları xüsusi təyinatlı “Rıs” dəstəsinin döyüşçülərinin dəstəyi ilə Moskva regionunda xüsusilə ağır cinayətlər törədən mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərini həbs ediblər.

Virtualaz.org saytı xəbər verir ki, mütəşəkkil qruplaşmanın üzvləri bu ilin may ayının sonlarında Moskvada 26 yaşlı biznesmeni oğurlayıblar və onun azad edilməsi üçün 10 milyon dollar tələb ediblər. Əks halda biznesmenə divan tutacaqları ilə hədələyiblər.

Bu faktla bağlı cinayət işi qaldırılıb. Əməliyyat nəticəsində biznesmeni oğurlayan 3 Azərbaycan vətəndaşı Moskva vilayətinin Solneçneqorsk rayonunun kəndlərinшn birində həbs olunub. Onların oğurladığı biznesmen azad edilib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın