Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Biznesmen azərbaycanlı killerlər tərəfindən öldürülüb – 16 min dollara

Biznesmen azərbaycanlı killerlər tərəfindən öldürülüb – 16 min dollara

Sank-Peterburq İstintaq Komitəsi 14 il əvvəl kafedə baş verən cinayətin istintaqını başa çatdırıb.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə 2003-cü ildə baş verib. İstintaqın nəticəsinə görə, Azərbaycandan olan kriminal avtoritet Hakmurad Allahverdiyev Yaroslavlda bizneslə məşğul olan həmyerlilərinin qətlini sifariş edib. Qətli törətmək üçün Murad Məmmədova 16 min dollar mükafat vəd edib. Məmmədov isə qətli cinayətkar dəstənin iki üzvünə tapşırır: Ədalət Əmrahov və Elnur Qafarov. Hər iki killerə sifarişçi Allahverdiyev səsboğucu ilə birgə tapança verir.

Həmin ilin aprelində killerlər kafeyə daxil olaraq biznesmenlərə azı 10 dəfə atəş açırlar. Nəticədə azərbaycanlılardan biri yerindəcə ölür, digərinin isə həyatını həkimlər qurtara bilirlər.

Tezliklə hər iki killer məhkəmə qarşısına çıxarılacaqlar. Sifarişçi Allahverdiyevi 2007-ci ildə öldürüblər. Məmmədov isə axtarışdadır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın