Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Bizə qarşı təxribat edən jurnalisti döyüblər – Video

Bizə qarşı təxribat edən jurnalisti döyüblər – Video

Azərbaycandan deportasiya olunan Rusiyanın “LifeNews” telekanalının çəkiliş qrupu haqqında maraqlı fakt ortaya çıxıb.

“ Azinforum.az ” azxəbər.com-a istinadən xəbər verir ki, telekanalın xanım jurnalisti bundan öncə də Ukraynada təxribat dolu materiallar hazırlayıbmış. Sonuncu dəfə isə o bu sujetlərə görə ukraynalılar tərəfindən döyülüb.

Belə ki, Kiyevdə Rusiya əleyhinə keçirilən aksiyada iştirak edən həmin jurnalist Ukrayna əleyhinə müsahibə hazırlayarkən aksiya iştirakçıları onun başında yumurta sındırıblar. Bundan başqa ukraynalı xanım jurnalistlərdən biri onun gözünə gözyaşardıcı qaz sıxaraq təhqirlər edib.

Xatırladaq ki, “LifeNews” telekanalının çəkiliş qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tərtərdə təxribat xarakterli, yalan məlumatlar hazırlayıb. Kanalın hazırladığı materialda Tərtər sakinlərindən müsahibələr alınsa da, müsahibələr tərcümədə təhrif olunub. Belə ki, rayon sakinləri qorxmadıqlarını və heç yerə getməyəcəklərini desələr də, müxbir onların fikrini “bizə müharibə lazım deyil” deyə tərcümə edib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin mətbuata verdiyi açıqlamaya görə sözügedən kanalın çəkiliş qrupu artıq ölkədən deportasiya olunub və bu telekanalın rəhbərinin erməni Aşot Qabrielyan olduğu təsdiqini tapıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın