Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bir qıza görə hərbçini, daha sonra özünü tapança ilə öldürdü – Video

Bir qıza görə hərbçini, daha sonra özünü tapança ilə öldürdü – Video

 Maşında ana ilə oğul mübahisə edirlər. Bu vaxt yerli polis şöbəsinin rəis müavini patrul maşınları ilə onlara yaxınlaşır. Zabit soruşur ki, nə baş verib, sizin köməyə ehtiyacınız varmı? Uşağının polisə təslim olmasını arzulayan ana deyir ki, bir az əvvəl oğlum bir gəncə atəş açmaqla öldürüb. Polis 17-18 yaşlı gəncdən sorur ki, qadın doğrumu deyir. Oğlan “doğru deyir“, söyləyir…
“The Washigton Post“ qəzeti ABŞ-da (Texas ştatı) baş vermiş film kimi hadisəni belə təsvir edir. Yazar Sarah Kaplan qeyd edir ki, polislər dərhal ana ilə oğulun olduğu maşını mühasirəyə alırlar. Onlar artıq nişangahdadır… Bu vaxt adı çəkilməyən gənc əlisilahlı şəkildə maşından düşür. Tapançanı gicgahına dirəyir. Polisin və anasının gözü qarşısında mərmini başına sıxır. Gənci xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmur… Polis rəsmiləri bildirilər ki, qətl qısqanclıq zəminində baş verib. Öldürülmüş 25 yaşlı gənc İraqda hərbi xidmətdə olub, oddan-alovdan keçib. Gözlənilmədən öz vətənində belə bir aqibətlə üzləşib. Balası gözünün qabağında özünü öldürən ana psixoloji sarsıntıdan özünə gələ bilmir. Ana oğlunu polisə təslim olmağa təşviq edib. Oğul isə son anda gözlənilməz qərar verib…
İki gəncin bir qızın güdazına getməsi heç də yaxşı hadisə deyil. Amma həyat belədir. Hələ də bu dünyada qısqanclıq zəminində ölüb-öldürməyə hazır olanlar var. Sevginin bu üzü də var…

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın