Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bir milyonluq dələduzluq edən MTK sədrinə hökm oxundu

Bir milyonluq dələduzluq edən MTK sədrinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Hacızadə Rövşən Hacı oğlunun cinayət işiüzrə məhkəmə prosesi başa çatıb.

Qafqazinfo“nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Hacızadə Rövşən 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.

Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər. R.Hacızadə ifadəsində göstərib ki, ittiham üzrə bütün qanunsuzluqlar deputat Əsabil Qasımovun yaxın qohumları olan Taleh Qasımov, Umud Umudov, Qərib Əmiraslanov və İntiqam Umudov tərəfindən törədilib: “Mənzil və avtomobil yerlərinin satılması barədə sənədlər Əsabil Qasımovun təhriki ilə yazılıb: “Mən “Karat” MTK-da heç bir vəzifədə işləməmişəm, heç bir səlahiyyətim olmayıb, heç kimin pulunu ələ keçirmək üçün mənzil və ya avtodayanacaq yerləri satmamışam. “Karat” MTK-da heç bir vəzifəm olmadığından vəzifə saxtakarlığı törətməmişəm. Əsabil Qasımov və onun yaxın ətrafı öz saxtakarlıqlarını gizlətmək məqsədilə mənə şər, böhtan atırlar”.

Digər təqsirləndirilən Qərib Əmiraslanov isə ona elanolunmuş ittihamla özünü qismən təqsirli bilib.İstintaq materiallarına istinad etsək görərik ki, Q.Əmiraslanov əslən Ağdam rayonundan olan Yusif Əfsəriyə qumarda külli miqdarda pul uduzduğunu, ona qalan 205000 manat borcun əvəzinə “Karat” MTK-dan mənzil vermək barədə razılaşdığını göstərib. O, R.Hacızadədən xahiş edib ki, X.Şuşinski küçəsi, 12 saylı binadakı 4 otaqlı mənzili Y.Əfsərininqardaşı oğlunun adına sənədləşdirilməkdə köməklik etsin. Bunun müqabilində Y.Əfsəridən pul almayıb.

Bundan başqa 2012-ci ilin fevral ayında 205000manata satdığı mənzilin pulunu öz şəxsi ehtiyaclarına xərclədiyini göstərib. R.Hacızadə də onun xahişi ilə mənzilin C.Rzayevin həyat yoldaşının adına sənədləşdirilməsi barədə sənədləri tərtib edərək ona verib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın