Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Araşdırma / Bir deputatın göz qamaşdıran oteli və başqa mülkləri

Bir deputatın göz qamaşdıran oteli və başqa mülkləri

Azinforum.az xəbər verir ki,Avropada yaşayan müstəqil jurnalist Cavanşir Həsənli deputat Əsabil Qasımovun olduğunu iddia edərək Bakıdakı otelinin fotolarını sosial şəbəkələrdə paylaşıb.

Jurnalist iddia edirk ki, 18 mərtəbəli  “MARİNE PLAZA” oteli Bakının mərkəzində, Zərifə Əliyeva küçəsində yerləşir.”Elə də böyük gəlməsin, aysberqin görünməyən hissəsi Rusiyadadır”- deyə jurnalist yazıb. 

Ə.Qasımovun biznes və mülkləri isə bununla bitmir. “Karat Holdinq” (tərkibinə “Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC; “Azinvest” tikinti şirkəti; “Everest-M” daxildir), Hökməlidə makaron və kisə fabriki;

“ASTEL” MMC; taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Bakının Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran; Səməd Vurğun küçəsində “Ağ saray” binası; 

Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21 və Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; 

Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” də deputata məxsusdur.

Həmçinin oxuyun

Sensasion reportaj: Azərbaycanda bioloji viruslar harada saxlanır

Paytaxtın Nizami rayonunda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun cəmi bir neçə metrliyində dörd bir yanı dəmir …