Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Binəqədi qəsəbə bələdiyyəsində qanun pozuntuları olub – Lakin nazirlik rəsmisi də detalları açmayıb

Binəqədi qəsəbə bələdiyyəsində qanun pozuntuları olub – Lakin nazirlik rəsmisi də detalları açmayıb

Bu gün Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsində bələdiyyə üzvlərinin iclası olub.

Bələdiyyədən Mia.az-a daxil olan məlumata görə, saat 12-də bələdiyyə sədri Aytac Əliyevanın sədrliyi ilə baş tutan iclasın gündəliyində 3 məsələ – Sentyabrın 15-də keçiriləcək Bilik günü, rayonda yüksək balla ali məktəblərə qəbul olan tələbələrlə görüş, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən göndərilən və Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsi tərəfindən müəyyən olunmuş qanun pozuntuları haqda məsələlərin müzakirəsi olub.
Məlumata görə, iclasda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Seymur adlı rəsmi nümayəndəsi də iştirak edib: “İclasda bələdiyyənin bir sıra qanun pozuntularına yol verdiyi qeyd olunub. Bunu Ədliyyə Nazirliyinin nümayəndəsi qaldırıb. Lakin iclasda iştirak edən nazirliyin nümayəndəsi Seymur müəllim ümumi sözlərdən konkretliyə varmayıb. Yəni iclasda iştirak edən bələdiyyə üzvlərinə aydın olmayıb ki, nazirliyin göndərdiyi və prokurorluğun müəyyən etdiyi qanun pozuntuları nələrdən bəhs edir…”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …