Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma /  Binəqədi rayon məhkəməsinin hakimi qadının xəbəri olmadan onu necə boşayıb? – ŞİKAYƏT

 Binəqədi rayon məhkəməsinin hakimi qadının xəbəri olmadan onu necə boşayıb? – ŞİKAYƏT

Bizə müraciət edən Abasova Lamiyə Əli qızının başına gələn hadisələri araşdırmaq qərarına gəldik. Talesiz qadın uşaq vaxtı ərə verilib, əri və qohumları tərəfindən döyülüb təhqir edilib, uşağını başını aldadaraq oğurlayıblar. Bu bəs deyilmiş kimi Binəqədi məhkəməsinin hakimi tam bir qanunsuzluğa imza ataraq Lamiyənin özünün xəbəri olmadan onu birtərəfli boşamışdır. Abasova Lamiyənin bizə danışdıqlarından:
“2013-cü ildə mənim xəbərim olmadan məni birtərəfli boşadı.
07.10.2013-də özümündə xəbəri olmadan Binəqədi rayon məhkəməsinin hakimi Rəhimov Elmar Eldar oğlu məndən xəbərsiz məni 17 il ailə həyatı sürdüyüm ərimdən özümün xəbəri olmadan, özümdən heç nə soruşmadan boşayıb. Dünyanın heç bir məhkəməsi belə vicdansızlığa yol verə bilməzdi. Amma Binəqədi rayon məhkəməsinin hakimi buna yol verdi. Böyük oğlumu güya atası ilə yaşadığına görə onun adına yazıb.Hansı ki, bu uşaq mənimlə yaşayıb və yaşayır. Hakim deyilən şəxs Rəhimov Elmar Eldar oğlu görəsən bu vicdanla necə yaşayır, o heç mənim oğlumu görüb, ondan kiminlə yaşadığını, və ya yaşamaq istədiyini soruşub.
O da alimentə görə. Əslində isə ərim mənim Rusiyada olmağımdan istifadə edərək yenidən evlənmişdi. Mənim isə bütün bunlardan xəbərim yox idi.
2014-cü ildə mənə icradan zəng edəndə bilmişəm ki, boşayıb məni. İcradan zəıng edib dedilər ki, sənin böyük oğlun atasının yanına getməlidir, çünki məhkəmə o uşağı atasına kəsib. Dəli olmuşdum. Hansı məhkəmə, niyə uşağımı məndən almaq istəyirlər. Sən saydığını say gör ərimdən küllü miqdarda pul alan hakim nə sayır. Mənim yanımda olan uşağımı yazıblar ki, güya ərimlə yaşayır və onunda yanında qalmalıdır. Mənim və oğlumun isə heç nədən xəbəri yoxdur.
Mən bunu eşidəndə getdim Binəqədi məhkəməsinə ki, öyrənim bu nə məsələdir, hansı qanuna əsasən mənim xəbərim olmadan məni ərim boşayıb, mənimlə yaşayan uşağımı “özününkilkəşdirib “ ( güya onunla yaşayır) və qərara salıb. Müraciət etdiyim Binəqədi rayon məhkəməsinin dəftərxanasında mənə dediklər ki, heç nə edə bilməzsən, qanuna görə hakim sənsiz səni boşayıb uşağı kimə istəsə verə bilər. Ərim və adamları eşidəndə ki, mən hay küy salıram başladılar məni qorxutmağa. Uşaqlarımla. Deyirdilər ki, onun bacısının qudası narkobiznesin rəsidir onun əli ilə səni yox edər. Xəbər göndərirdilər ki, bilirik flan yerdə yaşayırsan, gecəynən başına oyun gətirərik. Bərk qorxurdum əgər məhkəməni satın ala bilirdilərsə, demək başıma hər oyun gətirə bilərdilər. Hər şeydən qorxurdum, çünki ərimin pulu çoxdur, hamını satın alır. Həmdə onun necə qansız və amansız olduğunu onunla myaşadığım illərdən bilirəm. Necə ki, o,məni döyürdü, heç heyvanı belə döyməzdilər. Ona görə tez tez yaşadığım yeri dəyişirdim.Qohumlarım xəbər göndərirdi ki, yerini dəyiş. İki uşaqla elə bilirsiniz bu asandır. Talehim çoxx zərbələr vurdu mənə”.
Teref.info
Binəqədi rayon məhkəməsinin hakimi arvadın xəbəri olmadan necə boşanma qərarı çıxardıb - ŞİKAYƏT
Binəqədi rayon məhkəməsinin hakimi arvadın xəbəri olmadan necə boşanma qərarı çıxardıb - ŞİKAYƏT
Binəqədi rayon məhkəməsinin hakimi arvadın xəbəri olmadan necə boşanma qərarı çıxardıb - ŞİKAYƏT

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın