Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / ”Bilirəm ki qız deyiləm, amma zorla deyirlər ki, bakirəsən…” – MASAZIRDA ZORLANAN QIZIN BAŞINA GƏTİRİLƏNLƏR

”Bilirəm ki qız deyiləm, amma zorla deyirlər ki, bakirəsən…” – MASAZIRDA ZORLANAN QIZIN BAŞINA GƏTİRİLƏNLƏR

”Feysbukda tanış olmuşduq, sonra görüşüb bir-birimizi istədik. Bir neçə ay sonra məni anası ilə tanış etmək üçün Masazırdakı evinə apardı. Evdə heç kim yox idi. Su istədim, sok verdi. Oyananda gördüm ki məni zorlayıb. Gizlətmək üçün qanlı paltarlarımı paltaryuyan maşına atdı. O hamam keçəndə isə evdən qaçdım”.
Bu sözləri Criminal.az saytına açıqlamasında zorlandığını issia edən N.H-ova deyib.  N.H-ova deyir ki, 23 yaşlı var. 2017-ci ilin fevral ayında ”facebook” sosial şəbəkəsində 24 yaşlı Sərvan Məhəmmədli ilə tanış olub, 15 gün sonra isə görüşüblər. ”Sevgilisi” onu əmin edib ki, evlənəcəklər. Sentyabrın 3-də isə guya anası ilə tanış etmək üçün evinə aparıb və orada bakirəliyini pozub.
”Xahiş edirəm köməlik edin, cinayət cəzasız qalmasın” 
Şikayətçi bildirdi ki, bir ildir Binəqədi rayon Prokurorluğuda iş gedir, amma hər şey onun əleyhinə aparılıb: ”Zorlanan gün Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə gedb izahat verdim. Şikayətçi olmamağım üçün oğlan tərəf mənə 1500 manat təklif etdi. İmtina etdim və iş Binəqədi prokurorluğuna göndərildi. İş prokuror köməkçisi Fəridə Bayramovanın icraatına verildi. O,oğlan tərəfindən pul alıb hər şeyi saxtalaşdırdı. Mənə zorla deyirlər ki, bakirəsən. İki dəfə ekspertizadan keçdim, hər ikisində rəy verdilər ki, bakirəyəm. Fəridə Bayramova məni aldadıb barışıq yazdırdı ki, Məhərərmlik qurtarandan sonra mənə elşi gələcəklər, yenə də aldatdılar. Pul təklif etdilər, rədd etdim. Allah Fəridənin bəlasını versin. Xahiş edirəm köməlk edin, cinayət cəzasız qalmasın”.
”Namusumu pula satdılar”
Sərvan Məhəmmədoğlu
Şikayətçi prokuror və məhkəmə tibbi ekspertinin ünvanına kəskin ittihamlar da səsləndirib: ”Fəridə Bayramova, prokuror Nazim İmanov, eksper Ədalət Həsənov də rüşvət alıblar. Özüm də ginekoloqam, bilirəm ki bakirə deyiləm, amma zorla deyirlər ki bakirəsən. Baş Prokurorluğa getmişəm, deyirlər rəyə inanırıq. Rəydə yazılıb ki qızın bakirəliyi pozulmayıb. Amma hansı həkimin yanına gedirəm, bildirir ki bakirə deyiləm. Artıq getdiyim həkimlər də qorxularından rəy vermir. O ekspert rəyinə necə inanım ki, o adam mənlə qeyri-təbii yolla da cinsi əlaqədə olub. Bağırsağımda anal çat var. Bunun nəticəsində fistul əmələ gəlib. Hazırda bağırsağım cırılıb deyə əməliyyata ehtiyacım var. Həkimin yazdığı rəyi ekspertə verdim, 2 və 3-cü rəydə yazıb ki, guya məndə fistul xroniki xəstəlikdi. Fistul nə vaxtdan xroniki olub? Bunu hansı həkimdən soruşsan adama gülər. Güya məndə olan anal çatı da bunlar görmədi. Bağırsağımdan qan gəlir. Saxta ekspert rəylərinə görə səhiyyə naziri Oqtay Şirəliyevə məktub yazımışdım məni qəbul etsin. Məktubuma görə yenidən Ədalət Həsənovun yanına göndərildim, o da bildirdi ki, min dəfə də gəlsən eyni rəyi yazacam. Dedi ki, burda rəy bir dəfə yazılır və pozulmur. Amma məni yoxlayan həkimlər dedi ki, 2000 manat verim, mənim xeyrimə rəy verilsin. Mənim namusumu pulla satıblar”.
Binəqədi rayon prokurorunun köməkçisi Fəridə Bayramova Criminal.az saytına açıqlamasında bildirdi ki, sözügedən iş artıq onun icraatında deyil. Prokuror köməkçisinin sözlərinə görə, onun qərarı ləğv edilib və iş Abşeron rayon Prokurorluğuna göndərilib.
N.H-ovanın onu zorlamaqda ittiham etdiyi S.Məhəmmədli ilə əlaqə saxlamaq mümkün olmadı. Onun mövqeyini də dərc etməyə hazırıq.





Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …