Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Biləsuvarda idarə rəisi özünü iş yerində asdı

Biləsuvarda idarə rəisi özünü iş yerində asdı

Bu dəqiqələrdə Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb.

Rayon sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, Biləsuvar Telekommunikasiya Qovşağının rəisi Ağayev İlkin Mirilham oğlu işlədiyi idarənin binasında intihar edib.

Yerli sakinlərin sözlərinə görə, İlkin Ağayev 1980-ci il təvəllüdlüdür. O, iki ay əvvəl rəis vəzifəsinə təyin olunub. Rayonda ən nümunəvi şəxslərdən biri hesab olunur.

3 övlad atası olan Ağayevin intihar etməsindən bütün rayon əhalisi şoka düşüb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın