Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Araşdırma / Biləsuvarda HOQQABAZLIQ… – İcra başçısını durduran olacaqmı?

Biləsuvarda HOQQABAZLIQ… – İcra başçısını durduran olacaqmı?

İlk baxışda belə düşüncə formalaşir ki , insanlar oz taleyinə laqeyiddirlər ,baş verən bütün neqativlərə də səbirlə dözürlər. Əslində isə getdikcə ağır
güzaranla üzlışən insanların psixoloji durumunda ciddi dəyişikliklər baş verir. Ən çox gözə çarpan da odur ki , insanların qorxu xofundan silkinib ölkəni cənginə alan korrupsiyadan , məmur özbaşnalıından heç nədən çəkinmədən danışırlar .Lakin ictimai rəydə belə bir fikir dominatlıq edir ki , regionlarda İcra Hakimiyyətləri kiçik padşahlar , hakimi mütləqdirlər və nə istəsələr , necə istəsələr edə bilərlər , nəticədə el arasında deyildiyi kimi , “Kətdanı gör , kəndi çap”. Nəticədə abadlıq adı altında , lazım gəldi ,gəlmədi , inzibatı binaları söküb yerində başqasını tikdirir , küçələrin ətraflarını hasarlamaqla bahalı üzlüklər çəkdirilir , yol kənarındakı ağaclar kəsdirilir .Yeni tikilən ,ya da təmir edilən məktəblərdən iqtidar tv-lərin hazırladığı reportajlarla bütün bunları inkişaf kimi əhaliyə sırımağa çalışırlar. Əslində isə görülən işlərə ayrılan vəsaitlərin 50-60 faizi mənimsəlinir.Hakim
elitanın təmsilçilərin gözünüzün önündə hər nə varsa çapır , talayır . Görəsən insan bilə-bilə öz yaşam tərzinə arxa çevirərmi ?Çörəksız , yalnız insanlar məhv olduğu halda , yaşıllıqsız , meşələrsız təkcə insanlar deyil , başqa canlılar da yaşaya bilməz.Deyirlər , meşələr bizim sərvətimiz , varlığımızdı .Budurmu , bu sərvətə , dövlətə münasibət ? Təəssüflə qeyd etməliyik ki , son zamanlar təbii qazın baha olması , tikinti və
kənd təsərrüfatı işləri , eləcə də baxımsızlıq meşələri çox sıxışdırır ,qalan meşələr də mənsəb sahiblərinin alver predmetinə çevrilib.Ağaclar kökündən baltalanır , yerində kənd təsərrüfatı bitkiləri əkilr , ya da restoranlar , kafelər , çayxanalar tikilir.Meşələrə qarşı ölçüsüz-biçimsiz , insanlara qarşı yönələn ən ağır müharibədir .
Yadımdadır ,70-80 –ci illərdə Biləsuvar rayonun Bakı-Astara yolunun sağ və sol tərəfləri meşə zolağı ilə əhatə olunmuşdur.Sovet dönəmində bu yerlərdə “Pioner düşərgəsi “ də salınmışdır.Həmin illərdə Botanika müəllimi bizi həmin əraziyə ekskursiyaya aparırdı.Palıd , iydə .küknar və digar ağaclar göz oxşayırdı .
İndi adı cəkilən meşələrdən əsər-əlamət qalmayıb ,yerində hətta yaşayış evləri tikməkdən belə cəkinməyiblər.Onlara “gözün üstə qaşın” var deyən deyən yoxdur.Nədən sə hüquq mühvizə orqanları da susur.
Görünür işin mahiyyətindən doğan amildir ki ,maya qoyub kresloya əyləşən hər kəs ,əlinə imkan düşən kimi ,yalnız çapıb talamaq barədə düşünür.Bu da hər kəsə bəlli həqiqətdir ki ,yeganə öhdəlik ,qazancın böyük hissəsini korrupsiya
piramidasının ən yüksək pilləsində qərar tutan alihəzrətlərə çatdırmaqdır. Görünən odur ki ,məmurlar YAP –ın qurucusu ,mərhum prezident Heydər
Əliyevin bir zamanlar dediyi ;-“Bir ağac kəsilirsə ,elə bil mənim qolumu kəsirlər”- sözlərini çoxdan unudublar.
Bu səbəbdən də indi meşə zolaqları kökündən məhv edilir ,ancaq onlara “dur”deyən yoxdur ,olmayacaq da…
Ancaq bir şeyi tam dəqiqliyi ilə bilirəm ki ,zaman öz işindədir ,dəyişən insanlardır.
Şair Rüstəm Behrudinin təbirincə desək:

Alçaldır dizi-dizi…
Sürüyür şeytan bizi
Nə yaxşı ki ,göy üzü
Nə yaxşı ki ,Allah var.

Yaxşı olardı yeni təyin olunmuş Ekologiya və Təbii Sərvətlər Naziri boş vaxtlarının birində yolunu adı cəkilən əraziyə salsın ,deyilənlərə özü münasibət bildirsin. xalqxeber.az\\

Həmçinin oxuyun

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu …