Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Biləsuvar sakini qardaşını güllələdi, daha bir nəfəri isə yaraladı

Biləsuvar sakini qardaşını güllələdi, daha bir nəfəri isə yaraladı

Biləsuvarda silahlı insident zamanı iki nəfər güllələnib, onlardan biri ölüb.
Azinforum.az xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Adil Alim oğlu Əliyev qardaşı tərəfindən odlu silahla qətlə yetirilib. Digər kənd sakini, 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Əliyev isə baş nahiyyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın