Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Bıçaqlanan polis DİN-nin idarə rəisinin müavinin oğlu çıxdı

Bıçaqlanan polis DİN-nin idarə rəisinin müavinin oğlu çıxdı

Bakıda bıçaqlanan polislərdən ikisi Daxili İşlər Nazirliyinin hospitalına köçürülüb.

Report-un məlumatına görə, kafedə bıçaqlanan polislərdən kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğludur.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Virtualaz.org saytı fevralın 2-nə keçən gecə Sabunçu rayonundakı “Emin” kafesində dava olduğu barədə xəbər yayıb. 102 xidmətinə İlham Məmmədov soyadlı biri zəng edərək bildirib ki, adıçəkilən kafenin işçiləri ona bıçaqla hücum ediblər.

Sabunçu Rayon Polis İdarəsinin 5 nəfər əməkdaşı hadisə yerinə yollanıb. Kafedə polislərlə müştərilər arasında əvvəlcə mübahisə, sonra isə dava düşüb.

Nəticədə üç polis əməkdaşı müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Onların hər üçü 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Hadisəni törədən Beyləqan sakinləri – əvvəllər məhkum olunmuş və polisə zəng etmiş 1986-cı il təvəllüdlü İlham Məmmədov, 1987-ci il təvəllüdlü Dəyanət Muradov və 1986-cı il təvəllüdlü Ceyhun Məlikov saxlanıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın