Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Bıçaqla atamın boğazını üzdü”- Dəhşətli qətlin təfərrüatları – (VİDEO)

“Bıçaqla atamın boğazını üzdü”- Dəhşətli qətlin təfərrüatları – (VİDEO)

“Araları yaxşı idi”
Ağdaşda qətl hadisəsi baş verib.
ARB TV xəbər verir ki, şəhər sakini, əvəllər məhkum olunmuş Ramazan Qurbanov yol kənarındakı avtoyuma məntəqəsinin yanında şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Ağdaş rayonu Qolqəti kənd sakini, 46 yaşlı Abubəkr Baxşəliyevə boğaz, qarın və kürək nahiyəsindən 7 bıçaq xəsarəti yetirərək onu amansızlıqla qətlə yetirib.
Mərhumun qardaşı Mahir Baxşəliyev qətlin ona 6500 manat pul borclu olan Aslan və Həmid adlı şəxslərin sifarişi ilə törədildiyini iddia edir. Onun sözlərinə görə, qatillər qardaşını yox, onun özünü öldürəcəkdilər. Bu barədə əvvəlcədən ona xəbərdarlıq da ediblərmiş.
Qətlə yetirilən şəxsin oğlu Ruslan Baxşəliyev isə atasını öldürən Ramazan adlı şəxsi tanıdığını və dostluq münasibətləri olduğunu deyib: “Araları yaxşı idi. Atama söz atdı, sonra atam özünü müdafiə edən zaman bıçağı çıxardıb boğazını üzdü. Atamın heç kimlə işi olmurdu. Fəhlə adam idi”.
Hadisəni törədən Ramazan Qurbanov qaçıb gizlənsə də, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın