Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Berlində yeni il yarmarkasını qana boyayan tunisli terrorçu axtarılır

Berlində yeni il yarmarkasını qana boyayan tunisli terrorçu axtarılır

Berlində Milad bazarına yük maşını ilə hücum edən və bu ilin əvvəlindən nəzarətdə olan tunisli bütün Avropa üzrə axtarışdadır. 24 yaşlı Anis Amri, silah almaq üçün oğurluq etməyi planlaşdırmaqda şübhəli bilinsə də sübutların olmaması səbəbindən onun nəzarəti aradan qaldırılıb. Almaniyaya daxil olmazdan əvvəl o, İtaliyada əmlakı qəsdən yandırdığına görə 4 il həbsdə olub. Bazar ertəsi Berlin Milad bazarına yük maşını ilə edilən hücum nəticəsində 12 nəfər ölüb, 49 nəfər yaralanıb.

Onun saxlanması haqqında qərar Anis Amri-nin yaşayış icazəsi haqqında sənəd yük maşının kabinində tapıldıqdan sonra verilib. Almaniya rəsmiləri xəbərdarlıq edib ki, o silahlı və təhlükəli ola bilər və onun yeri haqqında məlumat verən şəxsə 100 min avrodan (181 min 600 AZN) çox mükafat verəcəyini vəd edib.

Məlumatda deyilir ki, o, sonradan ölü tapılan yük maşının polşalı sürücüsü ilə çəkişmədə yaralana bilər. Kansler Angela Merkel hücumla bağlı araşdırmaları müzakirə etmək üçün təhlükəsizlik xidməti ilə görüşüb. Almaniya kabineti ictimai yerlərdə nəzarəti daha da artırmaq üçün video müşahidə kameralarının sayını artırmaq haqqında planı razılaşdırıb.

Almaniya məhkəmə məlumatlarına görə, ölkəyə ötən il daxil olan tunisli gənc silah almaq üçün oğurluq etməyi planlaşdırdığından mart və sentyabr ayları arasında şübhəli şəxs kimi nəzarətdə olub.

Şimali Reyn-Festafaliya əyalətinin daxili işlər naziri, Ralf Jager  təsdiq edib ki, Anis Amri bu yaxınlarda terrorla mübarizə polisinin diqqətini cəlb etmişdi. “Təhlükəsizlik xidməti bu adam haqqında əldə etdiyi məlumatları və tapıntıları bu ilin noyabr ayında Terrorla-Mübarizə Mərkəzi ilə bölüşüb”, nazir deyib.

“Sueddeutsche Zeitung” qəzeti yazır ki, şübhəli şəxs bu ilin noyabr ayında saxlanılan islamçı vaiz, Əbu Vaala kimi tanınan Əhməd Əbdüləziz A-nın  ətrafındakı adamlarla dolaşırdı. Polis aşkar edib ki, 1992-ci ilin 22 dekabrında anadan olan tunisli Anis Amri 6 müxtəlif uydurma addan istifadə edərək bəzən özünü misirli, bəzən isə livanlı kimi təqdim edib. Şübhəli şəxs ölkədən deportasiya olunması haqda qərar verilsə də, Tunisdən sənədlərin gəlişinin gecikməsi onun deportasiyasının ləngiməsinə səbəb olub. (BBC-nin xülasəsi)

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın