Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bazarkomun oğlu bu dəfə gecə klubunu basdı: İSA ƏZİZOV YENƏ GÜNDƏMDƏ

Bazarkomun oğlu bu dəfə gecə klubunu basdı: İSA ƏZİZOV YENƏ GÜNDƏMDƏ

Bir müddət əvvəl xəbər vermişdik ki, «8-ci km» bazarının sahibi Nadir Əzizovun oğlu İsa Əzizov Tiflis prospektində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsində satıcını döyüb. Həmin vaxt Əzizov 90-HN-999 dövlət nömrə nişanlı “Bentley” avtomobili ilə “zapravka”ya yaxınlaşıb və 100 manatlıq uzadaraq, qalıq pulun geri qaytarılmasını tələb edib. Bu zaman əməkdaş ondan gözləməyi xahiş edib. Amma bu, “Bentley” sərnişinlərinin xoşuna gəlmir və onlar həmin oğlanla mübahisə etməyə başlayırlar. Nə baş verdiyini aydınlaşdırmaq üçün maşına yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov gəlir və sərnişinlərə gözləməyi tövsiyə edir.

Bu da ikinci qığılcıma səbəb olur. Maşından düşən “qoçular” S.Bağırovu mağaza tərəfə, təhlükəsizlik kameraları olmayan istiqamətdə sıxışdırırlar. Bir neçə dəqiqə sonra isə hadisə yerinə ağ rəngli “Prado” daxil olub. Bu maşından da idmançılar düşərək məntəqənin işçilərinin üstünə gedib və dava etməyə başlayıblar. Bundan sonra, “Bentley”in sürücüsü maşınından silah götürərək, “hamını güllələyəcəyəm” deyib.

Amma dostu silahı onun əlindən almağa müvəffəq olub. Daha da hiddətlənən “Bentley” sürücüsü POS-terminalı götürərək Sadiq Bağırova başından zərbələr endirməyə başlayıb. JAM.AZ xəbər verir ki, bu, İsa Əzizovun adının qarışdığı ilk insident deyid. Onun ötən ilin mayında dostları ilə birgə Bakının karaoke-klubu “Famous”da qızları döyməsi hələ də səs-küyə səbəb olmaqdadır.

Qeyd edək ki, İsa Əzizov «Azpetrol» olayından sonra polis tərəfindən saxlanılmışdı. Hətta məhkəmənin qərarı ilə ona 30 sutka həbs cəzası da verilmişdi. Bu yaxınlarda həbsdən çıxan Əzizovun adı daha bir qalmaqala qarışıb. Bu barədə JAM.AZ-a məlumat verən oxuculardan biri bildirib ki, bazarkomun oğlu bu günlərdə Bakıdakı tanınmış gecə klubların birində dava salıb. Belə ki, İsa Əzizov dostu ilə birlikdə həmin klubun mühafizəçisiylə əlbəyaxa olublar. Döyüşdə mühafizəçi Əzizov və dostunu döyüb. Amma məsələ bununla da bitməyib.

Mənbəmiz bildirir ki, İsa Əzizov və dostu həmin mühafizəçiyə xəbərdarlıq ediblər ki, yaxın günlərdə yenə gəlib, haqq-hesab çəkəcəklər.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın