Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Başına 1 milyon qoyulan terrorçu qadın tutuldu

Başına 1 milyon qoyulan terrorçu qadın tutuldu

Yunanıstanın Antiterror Xidməti ən çox axtarılan terrorçulardan biri – 48 yaşlı Panayota (Pola) Rupanı həbs edib.

RİA Novosti xəbər verir ki, Rupa tanınmış terrorçu Nikos Maziotisin həyat yoldaşıdır və “İnqilabi mübarizə” anarxist terror təşkilatının üzvüdür. O bir sıra terror aktlarında, o cümlədən 2007-ci ildə ABŞ-ın Afinadakı səfirliyinin qumbaraatandan atəşə tutulmasında ittiham olunur.

Rupa Afinanın cənub məhəllələrindən birində səhər saat 6 radələrində evində həbs olunub, onunla birlikdə evdə azyaşlı uşaq da olub. Bundan başqa cinayətkarı gizlətməkdə şübhəli bilinən 25 yaşlı qadın saxlanılıb.

Xatırladaq ki, Rupa və onuu həyat yoldaşı haqqında məlumat verən şəxsə 1 milyon avro mükafat vəd edilmişdi. Rupanın həyat yoldaşı, tanınmış terrorçu Nikos Maziotis 2014-ci ildə Afinanın mərkəzində həbs edilib. Onu yaxalamaq üçün keçirilən əməliyyatda 4 polis əməkdaşı ağır yaralanmışdı. Lakin bu əməliyyat zamanı Panayota Rupanı həbs etmək mümkün olmamışdı.

Onu da qeyd edək ki, “İnqilabi mübarizə” anarxist terror təşkilatı ABŞ Dövlət Departamentinin terror təşkilatları siyahısına daxil edilib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın