Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Başı kəsilərək öldürülən bacı-qardaşın görütüləri yayıldı – FOTO

Başı kəsilərək öldürülən bacı-qardaşın görütüləri yayıldı – FOTO

2 gün əvvəl Bakının Nərimanov rayonunda – Keşlə qəsəbəsində baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb.
Azinforum.az lent.az-a istinadən xəbər verir ki, qohumları tərəfindən boğazları kəsilərək öldürülən 2001-ci il təvəllüdlü Qasımzadə Saqil Səxavət oğlu və onun 26 yaşlı bacısı Fəridə 2015-ci ilin dekabrında Xəzərdə baş vermiş dəhşətli yanğın nəticəsində həlak olmuş İman Qasımovun qardaşının övladlarıdır.
Onlar Kəlbəcər rayonundan məcburi köçkündürlər.
Hadisə vaxtı ağır yaralanan 55 yaşlı Lətifə Qasımova isə hələ də reanimasiyadadır. O, 1 saylı şəhər xəstəxanasında müalicə olunur. Xəstəxanadan bildirilib ki, L.Qasımovanın vəziyyəti hələ də ağır olaraq qalır.
Qeyd edək ki, məlum cinayət hadisəsi Astara rayon sakini, L.Qasımovanın bacısının kürəkəni 20 yaşlı Azər Cəfərov tərəfindən törədilib. O, evi qarət etdikdən sonra öldürdüyü şəxslərin meyitlərini avtomobilinin baqajına qoyaraq qaçıb. Əməliyyat tədbirləri nəticəsində avtomobili ilə birgə paytaxtın mərkəzindəki avtomobil təmiri sexində tutulub. A.Cəfərov əməlini etiraf edib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın