Ana səhifə / Araşdırma / “Baş redaktorların saxlanması araşdırılır” – Əflatun Amaşov

“Baş redaktorların saxlanması araşdırılır” – Əflatun Amaşov

“Azərbaycan Mətbuat Şurası yarandığı gündən media məkanındakı neqativ hallara, sui-istifadələrə qarşı mübarizə aparmaqdadır. Bu mübarizəyə ictimaiyyətin diqqətini cəlb etmək üçün zamanında “reket jurnalistika” ifadəsi düşünülüb. “Reket juranlistika”ya qarşı mübarizə Komissiyası da yaratmışıq”.

Azinforum.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə. Amaşov xatırladıb ki, komissiyanın rəyləri əsasında peşə prinsiplərinə tam etinasız yanaşan kütləvi informasiya vasitələrinin adları “qara siyahı”ya daxil edilir. “Qara siyahı” mütəmadi olaraq yenilənir və bu barədə cəmiyyətə məlumat verilir: “Əlbəttə, “reket jurnalist”, “reket mətbu orqan” deyilərkən biz məsələnin hüquqi tərəfləri üzərində dayanmırıq. Ancaq o da nəzərə alınmalıdır ki, belə kütləvi informasiya vasitələrinin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na sayğısızlığı həm də hüquqi müstəvidə dəyərləndirilə bilən hadisədir. Bu cür şübhələrimiz olduğu təqdirdə müvafiq materialları hüquq-mühafizə orqanlarına təqdim edirik”.

Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun tədbirləri ictimai qınağa əsaslanır. Barəsində Mətbuat Şurasına şikayət edilən nəşrin peşə prinsiplərinin hansı bəndlərini pozduğu diqqətə çatdırılır və məsələ bu qaydada ictimailəşir: “Ancaq təcrübə göstərir ki, bir çox hallarda ictimai qınaq tədbiri yetərsiz olur. “Bizim dövr” və “Gündəlik Bakı” qəzetlərinin baş redaktorları və onlarla birgə müxtəlif şəxslər saxlanılıb. Hazırda məsələ araşdırılmaqdadır. Konkret nəticəyə araşdırmanın yekunlarından sonra gəlmək mümkündür. Əgər sözügedən şəxslər həqiqətən də qanunları pozublarsa, müvafiq qaydada məsuliyyət daşımalıdırlar. Peşə prinsiplərinə etinasızlıqlarına gəldikdə, onu deyə bilərəm ki, onların rəhbərlik etdikləri media orqanları barədə şikayətlər indinin özündə də az deyil”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın