Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Baş redaktor Ramil Usubova müraciət etdi – Hücumlarla bağlı

Baş redaktor Ramil Usubova müraciət etdi – Hücumlarla bağlı

Xəbər verildiyi kimi, bu il, may ayının 23-dən başlayaraq Qaziler.az saytına hakker hücumları başlayıb. Texniki heyyətin səyi nəticəsində hücumlar dəf edilib və mayın 27-dən sayt öz işini bərpa edib.

Son günlər isə sayta və saytındigər elektron resurslarına yenidən hakker hücumları yenidən başlayıb. Son hücumlar saytın fəaliyyətini iflic edib.
Bu gün qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik, cənab Ramil Usubova müraciət ünvanlayıb. Bununla bağlı R.Kərimoğlunun aşıqlaması yayılıb.
Müraciətdə deyilir:
“Hörmətli cənab, Nazir! Bu il, mayın 23-dən QAZİLER.AZ saytına güclü hakker hücumu başlayıb. Hakker hücumlarının saytın bazasına zərər vurmaması üçün mayın 27-nə qədər sayta giriş texniki işçilərimiz tərəfindən dayandırılmışdır. Son vaxtlar, bizə məlum olmayan səbəblərdən, güclü hakker hücumları yenidən başlayıb. Saytın adminlərinin elektron poçtları və facebook səhifələri də ələ keçirilməyə cəhd edilir. Eləcə də saytımızın xəbərləri paylaşılan facebook səhifələrində də bizə qarşı hücumlar var. Saytımızın əsas xəbərlərini yaydığımız 35 min izləyicisi olan “Qarabag Studio” facebook səhifəsini də naməlum şəxslər tərəfindən ələ keçirilərək adı dəyişdirilib. Planlı şəkildə həyata keçirilən bütün bu hücumlar onların fəaliyyətlərini iflic edib.
Cənab general!
Bizim elə bir maliyyə imkanlarımı yoxdur deyə belə hücumları çətinliklə dəf edirik, lakin bir çox hallarda bu hücumların qarşısında aciz qalırıq. Yalnız və yalnız könüllü və təmənnasız, vətənpərvər insanların hesabına texniki problemlərimiz həll edirik. Amma indi vəziyyət o həddə çatıb ki, işləmək çox çətindir. Fəaliyyətimiz, demək olar ki, iflic olmaq ərəfəsindədir. Ayrı yolumuz yoxdur, ona görə də Sizə müraciət edirik. Xahiş edirəm, saytımıza edilən hakker hücumların, eləcə də elektron cinayətkarların tapılıb cəzalandırılmasında bizə yardımçı olun.
Onu da deyim ki, bunu edən şəxslərlə bağlı şübhələrimiz var. Onlarla bağlı məlumatı da məktuba əlavə edirəm”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın