Ana səhifə / Araşdırma / Baş Prokurorluq Cahangir Əsgərovun fəaliyyətini yoxlaya bilər

Baş Prokurorluq Cahangir Əsgərovun fəaliyyətini yoxlaya bilər

“Azərbaycanın Baş Prokurorluğu sovet dövründə olduğu kimi nəzarət orqanı funksiyasına malik deyil. Lakin əgər bizə AZAL Dövlət Konserninin fəaliyyətinə dair müraciət daxil olsa, biz onu qanunvericilik çərçivəsində nəzərdən keçirəcəyik.

Bununla belə qeyd etməliyəm ki, Baş Prokurorluq aviadaşımalarla məşğul olan şirkətin qiymət siyasətinə qarışmır”.

Bu sözləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev virtulalaz.org saytının əməkdaşının sualına cavab olaraq deyib.

Kamran Əliyevin sözlərinə görə, prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ölkədə toxunulmaz adam yoxdur və kimsə hansısa qanunsuz əməl törədərsə, qanun qarşısında cavab verəcək.

“Bizə AZAL-da korrupsiya və mənimsəmə faktları baradə müraciət daxil olmayıb. Lakin biz bu gün görürük ki, dövlət konserni prezidentin çıxışından nəticə çıxarıb və aviabiletlərin qiymətini aşağı salmağa başlayıb”- deyə Kamran Əliyev bildirib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın