Şənbə , İyun 6 2020
Ana səhifə / Araşdırma / Barışmaq üçün getdi, arvadını dəmirlə döyüb öldürdü – VİDEO

Barışmaq üçün getdi, arvadını dəmirlə döyüb öldürdü – VİDEO

Abşeron rayon Masazır qəsəbəsində qətl hadisəsi baş verib. 
ARB TV xəbər verir ki, həyat yoldaşı Lalə Muxtarovanı dəmir parçasıyla döyərək öldürüb.
Lalə Muxtarov bir dəfə ailəli olub və 2-ci dəfə əmisi oğlu 26 yaşlı Sadiq Muxtarovla ailə həyatı qurub. Bu nigahdan 2 aylıq körpəsi olan qadın qohumundan da boşanmaq üçün məhkəməyə müraciət edib.
Sadiq isə dəfələrlə Lalənin atası evinə gələrək onunla barışmaq istəyib. Nöbəti dəfə əmisi evinə gələn Sadiq Muxtarov yaranan mübahisə zamanı arvadını öldürdükdən sonra bıçaqla özünə də xəsarət yetirib. Sadiq Muxtarov Akademik Mirqasımov adına Respublika klinik xəstəxanasına aparılıb.
Lazımi tibbi müdaxilədən sonra Muxtarov Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Həmçinin oxuyun

Xalça satdığı iddia olunan səfirin əmlakı üzə çıxdı – FOTO

“Mətbuatdan məlum olduğu kimi 3 il bundan əvvəl İsveçrəyə səfir təyin olunan Xanım İbrahimova həmin …

Bir cavab yazın