Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Barat Nuriyevi qarət edən şəxs yaxalandı

Barat Nuriyevi qarət edən şəxs yaxalandı

Nərimanov rayon Polis İdarəsinin əməliyatçıları rayon ərazisində saxlanılan avtomobilləri qarət etməkdə şübhəli bilinən şəxsi yaxalayıb.
Gununsesi.info xəbər verir ki, Nərimanov rayon Polis İdarsəsinə ərizə ilə müraciət edən vətəndaş, DƏK-in sabiq sədr müavini Barat Nuriyev ona məxsus BMV markalı avtomobildən 300 manat və 300 türk lirəsinin oğurlandığını bildirib.
Hadisə yerində olan təhlüksizlik kameralarının təsvirlərini öyrənən əməliyatçılar günün günorta çağı vətəndaşların avtomobillərini qarət etməkdə şübhəli bilinən şəxsin kimliyini müəyənləşdirə bilib.
Bu, Yevlax şəhəri Vaqif küçəsi ev 46 ünvanında qeydiyyatda olan, hazırda isə paytaxtın Sabunçu rayon ərazisində kirayədə yaşayan 29 yaşlı Aqil Camalovdur.
Onun sözlərinə görə, xoşagəlməz hadisəni ehtiyac ucbatından törədib. O, deyib ki, avtomobillərin içərisində mobil telefon, noutbuk və yaxud da pulqabı görəndə nəfsinə qalib gələ bilməyib. Avtomobillərin yan şüşülərini sınldırmaqla oğurladığı əşyaları dəyər-dəyməzinə satıb.
Hazırda 29 yaşlı Aqil Camalovun barəsində Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində CM-in oğurluq maddəsi ilə cinayət işi başlanıb.
Araşdırmalar davam edir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın