Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Araşdırma / Bankların növbəti quldurluğu: 3600 manat kredit götürdü, 17 000 manat ödədi (VİDEO)

Bankların növbəti quldurluğu: 3600 manat kredit götürdü, 17 000 manat ödədi (VİDEO)

Vətəndaş bankdan götürdüyü krediti ödəyib qurtara bilmir
Azinforum.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Bərdə sakini Faleh Həmzəyev, eyni bankdan ümumilikdə 3600 olmaqla 3 dəfə kredit götürüb. Adı problemli kreditlər siyahısına düşdüyündən ödəniş pensiya kartına yönəldilib. O, 4 il 7 aydır ki, pensiya kartındakı pulun hamısının kreditlərin aylıq ödəniş üçün tutulduğunu idda edir.
Kredit müqaviləsini itirən Faleh Həmzəyev, 4 ildir banka 17 min manata yaxın pul ödədiyini deyir. Banka, müqavilə və ödəniş cədvəli üçün yaxınlaşdıqda isə imtina cavabı aldığını bildirir.
Mübahisəli məsələ olduğundan mütəxəssilər şəxsin, əvvəlcə rəsmi sənədləri toplamalı olduğunu deyirlər. Yalnız bundan sonra ödənilən məbləğlə borc arasındakı qiymət fərqi ortaya çıxa bilər.
İcra haqqında qanuna görə isə, pensiya kartının maksimum 50 faizi aylıq ödənişlərə cəlb edilə bilər.
Faleh Həmzəyev hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər.

Həmçinin oxuyun

Yollar açıldı, hotellərdə yer yoxdur

Məlum olduğu kimi, yanvarın 25-dən rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunub. Nazirlər Kabineti yanında Operativ …

Bir cavab yazın