Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bankir və ailə üzvlərinin qətli: Azərbaycan vətəndaşının maşını axtarılır…

Bankir və ailə üzvlərinin qətli: Azərbaycan vətəndaşının maşını axtarılır…

Moskvada bankir Mixail Yaxontovun, arvadının və azyaşlı oğlunun qətlə yetirilməsinə görə Azərbaycan vətəndaşının adına olan “Hyundai Solaris” avtomobili axtarılır. Virtualaz.org xəbər verir ki, videomüşahidə kameraları həmin avtomobilin bankirin yaşadığı evin qarşısından uzaqlaşdığını qeydə alıb.

Mixail Yaxontovun və ailə üzvlərinin meyitləri ötən gün onların mənzilində aşkarlanıb. Hesab edilir ki, qətl bundan bir gün əvvəl, axşam törədilib. Mixail Yaxontov “Bank Smolensk”in keçmiş top-meneceri olub, 2019-cu ildə bankdan pulların mənimsənilməsinə görə həbs edilib və bir neçə ay əvvəl azadlığa çıxmışdı. Onun milyardlarla rubl borcu olduğu bildirilir. Qətlə dair əsas versiya da bankirin kriminal fəaliyyəti ilə bağlıdır.

“Moskovskiy Komsomolets” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, 38 yaşlı Azərbaycan vətəndaşının adına olan həmin avtomobil çox güman taksi kimi istifadə edilirmiş. Həmin azərbaycanlı Moskvanın Mıtişşi rayonunda yaşayıb və polisə hücum etməkdə şübhəli hesab edilir.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …