Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bankın qarşısında özünü yandırdı – YENİLƏNİB

Bankın qarşısında özünü yandırdı – YENİLƏNİB

Noyabrın 23-də Bakı metrosunun “Azadlıq prospekti” stansiyasının yaxınlığındakı bir bank filialının qarşısında Malik Hüseynov adlı orta yaşlı şəxs intihara cəhd edərək özünü yandırıb.

Malik Hüseynovun köməyinə yığışan insanlar onu xilas etmıyəı çalışıb. Sonra o, Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım avtomobili ilə Respublika Yanıq Mərkəzinə çatdırlıb.

Respublika Yanıq Mərkəzindən “Ameirkanın səsi”nə bildiriblər ki, Malik Hüseynovun vəziyyəti ağırdır.

“O, tənəffüs yollarının və bədənin yuxarı ətrafının 3-cü, 4-cü dərəcəli yanığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirlib” – qəbul şöbəsindən deyiblər.

Malik Hüseynovun hansı səbəbdən intihar edərək özünü yandırması hələ bəlli deyil.

Xatırladaq ki, son zamanlar yerli media banklara kredit borcunu ödəyə bilməyən bir neçə insanın intihar etməsi ilə bağlı məlumatlar yayıb. Ancaq bu məlumatların doğruluğu hələ məhkəmələr tərəfindən təsdiq olunmayıb.

*   *   *12:51

Bu gün Bakı metrosunun “Azadlıq” stansiyasının yaxınlığında intihara cəhd olub.

Lent.az-ın məlumatına görə, bank filiallarından birinin qarşısında 30-35 yaşlı şəxs üstünə benzin tökərək özünü yandırıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın