Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Banka hücum edən şəxs həbs edildi – RƏSMİ

Banka hücum edən şəxs həbs edildi – RƏSMİ

Daxili İşlər Nazirliyi “Kapital Bank” ASC-nin Abşeron filialında baş verən insidentə aydınlıq gətirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, “Kapital Bank” ASC-nin Abşeron filialının sürücü inkassatoru Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək məqsədilə işin sonunda bankın içərisində gizlənib.

Bankın xidmətdə olan mülki mühafizəçisi Hamlet Şıxəliyevin sayıqlığı nəticəsində gecə saatlarında içəridən gələn səsdən duyuq düşüb. İçəridə sürücü inkassatoru aşkar edib. Sürücü inkassatoru Hikmət Əliyev üzərində gəzdirdiyi bıçaqla mühafizəçinin üzərinə hücum çəkib və onlar əlbəyaxa olublar. Bu zaman mühafizəçinin əlindəki tabel silahı açılıb və güllə mühafizəçinin dizini yaralayıb.

Mühafizəçinin yaralanmasından istifadə edən sürücü inkassator hadisə yerindən qaçmağa müvəffəq olub.

Buna baxmayaraq dərhal hadisə yerinə gələn Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Hikmət Əliyevi yaxalayaraq istintaqa təhvil veriblər.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın