Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Araşdırma / Banka borcu olan daha bir nəfər həbs edildi – Azərbaycanda

Banka borcu olan daha bir nəfər həbs edildi – Azərbaycanda

Azərbaycanda banka kredit borcunu ödəyə bilməyən daha bir vətəndaş həbs olunub.

Bu barədə vəkil Əkrəm Həsənov məlumat verib. O, Göyçay Rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin 3 iyun tarixli qərarını haqsız hesab edir: “4 uşaq atası, ağır xəstə, 33 yaşlı Vəliyev Sədrəddin Şahsuvar oğlu banka borcunu ödəmədiyinə görə 20 günlük həbs olunub. “Unibank”a 983,36 manat, “Bank of Baku”ya isə 4316 dollar məbləğində krediti ödəyə bilməyib. Onun himayəsində 4 azyaşlı uşağı və işsiz həyat yoldaşı var. Ailənin yeganə qazanc mənbəyi meyvə-tərəvəz təsərrüfatıdır. Bundan əlavə vətəndaş 12 ildir ki, ağır xəstədir (düz bağırsağın II dərəcəli residiv sallanması), 4 dəfə əməliyyat keçirib, daim həkim nəzarətindədir, fiziki işlə məşğul ola bilmir”.

Ə.Həsənov qeyd edib ki, hakim İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini rəhbər tutub:”Guya vətəndaş üzrsüz səbəbdən borcun ödənilməsi haqda məhkəmə qərarını icra etmir. Təbii, bu qanunsuzluqdur”.

Vəkil həbsdən apelyasiya şikayətinin verildiyini bildirib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın