Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bank rəhbərləri hüquq-mühafizə orqanlarına müraciət etdi

Bank rəhbərləri hüquq-mühafizə orqanlarına müraciət etdi

Bank sektorundan daxil olan məlumata görə, son günlərdə bəzi şəxslər dələduzluqla məşğul olaraq, sosial şəbəkələrdə, xüsusilə də whatsapp-da ölkənin bir sıra aparıcı bankları haqqında anti-təbliğat çağırışlar yayırlar.

“Marja”-nın məlumatına görə, bu məsələnin araşdırılması və bu qanunsuz əməllərin aşkara çıxarılması üçün bir sıra kommersiya banklarının rəhbərliyi tərəfindən hüquq- mühafizə orqanlarına müraciət edilib. Ən qısa müddətdə bu dələduzluqla məşğul olan şəxs və ya şəxslərin şəxsiyyəti müəyyənləşdirilərək, qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

Kommersiya banklarının rəhbərləri bu dələduzluq əməllərini mövcud vəziyyətdən sui-istifadə edərək siyasi- iqtisadi stabilliyi pozmağa, bank müştəriləri arasında məqsədli şəkildə təşviş yaratmağa yönəlmiş addımlar hesab edərək, bu qanunsuz əməlləri qəti şəkildə pisləyirlər.

Yuxarıda qeyd olunan dələduzluq əməlləri ilə bank sisteminin fəaliyyətinə kölgə salmaq və müştərilərində narahatlıq yaratmaq istəyənlərin əməlləri qanunvericilik çərçivəsində həllini tapacaq.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın