Bazar , Oktyabr 25 2020
Ana səhifə / Araşdırma / Bank-məhkəmə işbirliyi – 230 nəfərə qarşı inanılmaz dələduzluq

Bank-məhkəmə işbirliyi – 230 nəfərə qarşı inanılmaz dələduzluq

Bank əməkdaşları bağça müdiri ilə əlbir olaraq vətəndaşlara qarşı külli miqdarda dələduzluq edib.

Bu barədə AzNews.az-a “qurbanlardan” biri – Qazax rayon sakini Nizami Qaraoğlu məlumat verib.

Onun sözlərinə görə, “Zamin bank”ın Qazax rayon filialının müdiri Məzahim Mirzəyev və onun dələduz komandası – Xanlıqlar kənd bağça müdiri Xatirə Əsgərova, işçilər – Fatimə Aslanova, Şəhla Sariyeva əlbir olaraq sakinləri aldadıblar: “Xatirə Əsgərova Xanlıqlar kənd bağçasının müdiri işləyib. Uzun zaman müdir işlədiyindən kənddə böyük nüfuz qazanıb. Hətta kənd sakinlərinin hansısa problemləri olanda onlara maddi köməklik göstərib. Etdiyi köməkliyin qarşılığında sakinləri aldadıb ev almaq adı ilə yaxın rəfiqələrinin adına bankdan kredit götürüb. Kredit götürən rəfiqələrinə deyib ki, bu haqda heç kimə deməsinlər. O, ümumilikdə 230 nəfəri aldadıb. 9 ay ərzində onlara nə bankdan, nə də məhkəmədən pulun ödənilməməsi haqda bildiriş gəlməyib. 9 aydan sonra aldanmış sakinlərin evlərinə məhkəmədən bildirişlər gəlməyə başlayıb. Qazax Rayon Məhkəməsinin sədri Məhərrəm Allahverdiyev aldanmış sakinlərin təqaüd və məvaciblərinin birbaşa 100 faiz olaraq banka yönləndirilməsi haqda qərar verib”.

Şikayətçi bildirir ki, məsələ ilə əlaqədar Qazax Rayon Məhkəməsinin sədri və rayon prokuroru Əlirza Babayevlə görüş olub: “Məhkəmə sədri bizə bildirdi ki, məsələ onluq deyil, bu işə bir başa prokuror baxır. Biz rayon prokuroru ilə görüşdük. Prokuror bizi qəbul edib bildirdi ki, bu olaylar məhkəmənin nəzarətindədir. Kənd sakinləri olaraq, yalanlardan və yalançı vədlərdən təngə gələrək aclıq aksiyası keçirməyə qərar verdik. Bununla bağlı icra hakimiyyətinə və Qazax Rayon Təcili Tibbi Yardım Stansiyasına məlumat verdik. Elə həmin günü 20-25 nəfər polis əməkdaşları kəndə gələrək bizdən aclıq aksiyasının dayandırılmasını tələb etdilər. Biz onlara bildirdik ki, tələblərimizə əməl olunmayana qədər aclıq aksiyasını dayandırmayacağıq. Məsələnin ciddi olduğunu görən polislər rayon icra başçısına məruzə etdilər”.

N.Qaraoğlu qeyd edib ki, vəziyyəti belə görən rayon icra başçısı onu görüşə dəvət edib: “Görüşdən imtina etdim. 3 gündən sonra mənimlə bərabər 7 nəfər aldanmış sakin icra hakimiyyətinə getdik. Bizi başçının müavini Tahir Musayev qəbul etdi. Biz ona başçı ilə görüşməyə gəldiyimizi bildirdik. Tələb etdik ki, Qazax Rayon Məhkəməsi, prokuroru, rəisi və bank müdiri Məzahim Mirzəyev də görüşdə iştirak etsin. Görüşdən sonra mənə qonşum vasitəsilə geri çəkilməyimin qarşılığında 10 000 manat pul göndərmişdilər”.

N.Qaraoğlu vurğulayıb ki, aprelin 19-da prokuror Əlirza Babayev onu yanına çağıraraq, dələduzlardan birinin – Pərvanə Səfərovanın həbs olunduğunu deyib: “Biz belə adda dələduz tanımırıq. Prokurordan soruşdum ki, bu Pərvanə kimdir? Dedi sonra izah edərik. Bir neçə müddət keçəndən sonra məlum oldu ki, bu Pərvanə Səfərova “qurbanlıq” imiş. Biz sonralar Xatirə Əsgərovanın həbs olunması üçün əlimizdən gələni etdik və onun həbsinə nail olduq. Xatirə Əsgərova həbs olunan kimi Məzahim Mirzəyevə mesaj göndərib ki, mən həbs olunsam səni də, Yadigarı da, (“Zamin bank”ın işçisidir) həbsə aparacağam. Bundan sonra Məzahim Mirzəyev əl-ayağa düşdü ki, Xatirə Əsgərovanı həbsdən çıxartsın”.

Bankla bağça müdirinin qurbanı olan rayon sakini daha sonra qeyd edib ki, artıq 2 aydan artıqdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Xatirə Əsgərovanın işinə baxılır: “Xatirə Əsgərova “Zamin bank”ın Qazax filialının rəhbərinin tələsinə düşüb. O, dəfələrə tələb edib ki, onu bu cinayətə cəlb edən, mənimsənilən pulların 65-70 faizini götürən Məzahim Mirzəyev də onunla birgə müttəhimlər kürsüsündə otursun və dindirilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Dadaş İmanov isə zərərçəkənlərə tapşırıb ki, Məzahim Mirzəyevin adını çəkməyin…”

Hazırda proses davam edir.

Məlumat üçün bildirək ki, istintaqla 230 nəfərə qarşı ümumilikdə 420 min manatlıq dələduzluq edildiyi müəyyən edilib.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın